Kompleks iqlimşünaslığın bir tədqiqat üsulu kimi bütün dünyada mövcud olan müxtəlif hava şəraiti 16 hava sinifinə bölünür [1] [2]. Bu siniflərə tropiklər və ya səhralarda müşahidə olunan kəskin istilərdən tutmuş Antarktidanın dözülməz şaxtalarınadək bütün havalar daxildir. Hava siniflərinə aşağıdakılar aid edilir:
- Günəşli çox isti və çox quru hava (I hava sinifi) — yüksək termik şəraiti, quraqlığı, aydın və ya azbuludlu vəziyyəti ilə səciyyələnir.
- Günəşli isti və quru hava (II hava sinifi) — düzənlik ərazilərin yay mövsümü üçün səciyyəvidir, dağlarda yüksəklik artdıqca tədricən yox olur.
- Azbuludlu hava (III hava sinifi) — dənizsahili ərazilərdə ən çox yaz, payız və qış aylarında, dağlarda isə yayda müşahidə olunur.
- Gündüz buludlu hava (IV hava sinifi) — III hava sinifindən az fərqlənməklə bütün il boyu müşahidə edilir.
- Gecə buludlu hava (V hava sinifi) — isə ən çox Böyük Qafqazın cənub ətəkləri üçün səciyyəvidir.
- Tutqun (VI hava sinifi) və yağışlı (VII hava sinifi) havalar — yay aylarında düzənlik ərazilərdə seyrək hallarda qeyd edilsə də, dağlarda daha çox müşahidə olunur.
- Çox isti və çox rütubətli hava (XVI hava sinifi) — sahilboyu sahil zonasında müşahidə olunur.
- Temperaturu 0°-dən keçən gündüz buludlu (VIII hava sinifi) və temperaturu 0°-dən keçən gündüz aydın (IX hava sinifi) havalar — düzən və dənizsahili ərazilərində daha çox qış aylarında, yüksək dağlıq zonada isə yaz və payız aylarında müşahidə olunur.
- Zəif şaxtalı (X hava sinifi) və mülayim şaxtalı (XI hava sinifi) havalar — bütün sutka ərzində mənfi temperaturla səciyyənənməklə əsasən qış aylarında müşahidə edilir.
- Güclü şaxtalı hava (XII hava sinifi) — qışda yüksək ərazilərdə müşahidə edilir.
- Çox şaxtalı hava (XIII hava sinifi) — nadir hallarda qış aylarında çox yüksək dağlarda ola bilir.
- ↑ Федоров Е.Е. Климат как совокупность погод. Метеорол. Вестник, 1925, №7, с. 9-15
- ↑ Чубуков Л.А. Комплексная климатология. М., Изд. АН СССР, 1949, 94 с.