Havay monax suiti

Havay monax suiti (lat. Monachus schauinslandi) — Əsl suitilər fəsiləsinə aid növ.

Havay monax suiti
Monachus schauinslandi.jpg
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Havay monax suiti
Beynəlxalq elmi adı

Xariçi görünüşü[redaktə | mənbəni redaktə et]

Uzunluğu 225 sm, rəngi isə tünd qəhvəyi və ya tünd boz-qəhvəyi olur. Dişilər isə nisbətən açıq rəngdə olurlar. Erkəklər bir qayda olaraq dişilərdən iri olur.

Yayılması[redaktə | mənbəni redaktə et]

Havay suitiləri Havay adalarının şimal-qərbdə yerləşən atol atol adalarında yayılmışdır. Əsasən Kure, Perl end Hermes, Frenç Friqat Şols, Miduey adalarında yaşayırlar. Əvvəllər isə hətta Kayay, Havay, Niihau, Oahu adaları sahilləri ərazisində də yaşayırdılar.

1958–1996-cı illərdə onların sayı 60% azalmışdır. 2004-cü ildə isə onların sayı 1400 başa çatmışdır. Əvvəllər onların sayının azalmasının səbəbi kütləvi ovlanma idisə, indi isə balıqçı torlarıdır. ABŞ-da qanunla qorunur. Əsasən balıq və Molusklarla qidalanır.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Bu növün balavermə dövrü dekabrdan avqust ayına qədər davam edir. Ən aktiv dövr aprel may aylarıdır. Balanın çəkisi 16 kq, uzunluğu 125 sm olur. Onlar qara yumşaq kürkünü 3–5 həftə ərzində dəyişir. Rəngləri gümüşü-boz-mavi alır. Kürək nahiyyəsində isə gümüşü-ağ ləkə vardır. Dişilər iki ilə bir bala verir. Çütləşmə dönəmi may noyabr aylarını əhatə edir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]