Hawdıqo Mansur

Hawdıqo Mansur Şupago ( Хьаудыкъо Мансур və ya Haud-oğlu Mansur), Çərkəz siyasətçi və hərbi komandir, Çərkəz Konfederasiyasının 3-cü lideri. Rus-Çərkəz müharibəsində iştirak edib. [1] [2]

Hawdıqo Mansur
Хьаудыкъо Мансур
bayraq
Çərkəzya Konfederasiyası Lideri
bayraq2
1839 – 1846
Əvvəlkiİsmayıl Berzeq
SonrakıNaib Məhəmməd Emin
Şəxsi məlumatlar
Doğum tarixi 18-19. əsr
Doğum yeri Natuhay, Çərkəzistan
Vəfat tarixi
Vəfat yeri Çərkəzistan
Milliyyəti Çərkəz
Fəaliyyəti Əsgər, siyasətçi
Hərbi xidmət
Rəhbərlik edib Çərkəsya Konfederasiyası
Döyüşlər Rus-Çərkəz Müharibəsi

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Hawdiqo Mansur (soldan 3-cü) və dostları. Yanında İsmayıl Berzeq dayanır.

Adı[redaktə | mənbəni redaktə et]

Mansurun soyadı Şupaqodur, Hawdiqo isə “Hawd oğlu” deməkdir. Çərkəzlərin “-qo” şəkilçisi ilə bitən həm soyadları, həm də ləqəbləri olub. Bu şəkilçi Azərbaycan dilində “-oğlu” şəkilçisi ilə sinonimdir.

Çərkəzistanda olmuş və xatirələrini yazan ingilis səyyahı Lonqvort onu “Haud-oğlu Mansur bəy” adlandırır ki, bu da “Hawdıqo Mansur” adının türkcə tərcüməsidir. Çərkəzlər Osmanlı hökuməti ilə ünsiyyət qurarkən adlarının türkcə tərcüməsindən istifadə edirdilər. Mansurun populyarlığını tərifləyən Lonqvort bildirir ki, çərkəzlər Mansuru “ölkə kralı” olacaq qədər seviblər. Mansurun türkcə səlis danışdığı da qeyd olunur. [2]

Gəncliyi[redaktə | mənbəni redaktə et]

Çərkəzlər öz tarixlərini yazmadıqları və bütün məlumatlar kənar mənbələrdən gəldiyi üçün Hawdıqonun gəncliyi ilə bağlı məlumatlar təfərrüatlı deyil. Çərkəz zadəganlarından olan Hawdıqo Natuhay bölgəsində doğulub və hərbi təhsil alaraq böyüyüb. O, "kürsüdə səsi ilə, döyüşdə qılıncıyla üstünlük qazanan bir adam" kimi təsvir edilmişdir. [1]

Rus-Çərkəz müharibəsi[redaktə | mənbəni redaktə et]

Bir sıra mənbələrdə Hawdiqonun bütün Çərkəzistanda hörmətli bir şəxsiyyət olduğu bildirilir. 1839-cu ildə çərkəzlər Anapa yaxınlığındakı Buğraqal şəhərini yeni paytaxt elan etdilər, Hawdıqo Mansur isə Çərkəz Konfederasiyasının lideri elan edildi. O, ölümünə qədər bu titulu qoruyub saxladı. General Raevski 1840-cı ilin fevralında “Şərq sahilinin siyasi vəziyyəti haqqında” qeydində deyir: “Məclis başçısı Haud-Oğlu-Mamsır idi”. [3] Cəngavər Edouard Taitbout, de Marigny'nin Çərkəzistana səyahətlər haqqında kitabında bəhs etdiyi zadəgan Natuhay sülaləsi olan Şupaqo sülaləsinin lideri kimi xatırlanır. [4] Ceyms Bellin kitabından sitat gətirilən “Çərkəz baş hakiminin və digər ağsaqqalların Sucuk-kale haqqında bəyannaməsi” adlı sənədin imzaları arasında onun imzası da var. [5] (James Bell də Çərkəzistanda olub) O, "Haudoğlu Mansur" kimi də tanınır. [5]

O, 1840-cı ildə etdiyi çıxışında təslim olmaqdansa, lazım gələrsə, hətta uşaqları da əsgərə yaza biləcəklərini qeyd edir: [1]  

" "Çoxlu igid döyüşçülərimizi itirsək də, onların yerini tutacaq kişilərimiz və uşaqlarımız var! Ən pisi odur ki, barıt və gülləmiz olmadığı üçün tüfəngimizdən istifadə edə bilmirik. Buna baxmayaraq, düşmənlərə heç vaxt itaət etməyəcəyik. qılıncımız, xəncərimiz var! Bütün dünya bizi tərk etsə və vətənimiz son nöqtəyə çatsa belə. Biz olduğumuz müddətcə sürgün edilsək də, Adıgeylərin (Çərkəzlərin) nəyə qadir olduğu görünəcək. Əgər lazım olsa, qadın və uşaqlarımızı öz əlimizlə kəsəcəyik ki, düşmənin əlinə keçməsinlər və onların qisasını almaq üçün fatehdən həlak olacağıq”.

— Hawdıqo Mansur

"

Lazarevskinin mühasirəsi 1840-cı il fevralın 7-nə keçən gecə baş verdi. 3 saatlıq döyüşdən sonra divar çərkəzlər tərəfindən alındı. Qala sonradan öz ərazilərində düşmən elementlərinin olmasını istəməyən çərkəzlər tərəfindən dağıdıldı. Hawdıqo Mansur və İsmayıl Berzeq 11.000 nəfərlik ordu ilə Abyn daxil olmaqla daha iki qala ələ keçirməyə davam etdilər.

Ölümü[redaktə | mənbəni redaktə et]

1846-cı ildə vəfat etmişdir.

resurslar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 İsmail Hakkı Berkok. Tarihte Kafkasya (Türkçe). İstanbul Matbaası. 1958. 12 Mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 Mart 2023.
  2. 1 2 John Augustus Longworth, A Year Among the Circassians
  3. Raevsky. "Doğu Yakasının Siyasi Durumu Üzerine". Şubat 1840
  4. Taitbout de Marigny, Edouard. Voyages en Circassie (fransız). 1836. 12 Mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 Mart 2023.
  5. 1 2 James Stanislaus Bell. Journal of a Residence in Circassia: During the Years 1837, 1838 and 1839 (İngilizce). 1840. 12 Mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 Mart 2023.