Hazır ol (film, 1939)

Təxribatçı sərhədi gizli yolla keçərkən onu tutub saxlamağa çalışan traktorçunu ağır yaralayır. Həyəcan siqnalı ilə ayağa qaldırılan sərhədçilər axtarışdan və təqiblərdən sonra sərhədi pozanları tuturlar. Yaralanmış traktorçunu isə Bakıya göndərirlər. Burada vaxtında görülən cərrahiyyə əməliyyatı və qan köçürülməsi nəticəsində onun həyatı xilas edilir. Dövlət sərhədinin pozulması ilə bağlı macəralı hadisələr fonunda qanköçürmənin müalicəvi üstünlükləri və donorluq təbliğ olunur.

Hazır ol
Janr detektiv
macəra
Rejissor Mikayıl Mikayılov
Ssenari müəllifi Mikayıl Mikayılov
Baş rollarda Mirzə Mustafayev — traktorçu
Y.Frik — təxribatçı
Fuad Əfəndiyev — cərrah
Aleksandr Popov — sərhəd zastavasının rəisi
N.Kəsəmənski — sərhədi pozan
Məmməd Babayev — ordinator
Operator Camal İsmixanov
İstehsalçı Bakı Kinostudiyası
İlk baxış tarixi 1939
Filmin növü tammetrajlı bədii film
Müddət 53 dəq.
Ölkə SSRİ SSRİ
İl 1939
Texniki məlumatlar 5 hissə
1465 metr
35 mm
Rəng ağ-qara
  • Film Azərbaycan Dövlət Qanköçürmə İnstitutunun sifarişi ilə çəkilmişdir.
  • Kinolent ölkəmizdə donorluğun əhəmiyyəti haqqında söhbət açır.
  • Filmdə görkəmli cərrah Fuad Əfəndiyev bu sahədəki elmi təcrübələrini nümayiş etdirir.
  • Kinolentin bir parçası Azərbaycan Dövlət Film Fondunda saxlanılır. Filmin tamamı saxlanılmayıb.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Quruluşçu rejissor: Mikayıl Mikayılov
Ssenari müəllifi: Mikayıl Mikayılov
Quruluşçu operator: Camal İsmixanov
Quruluşçu rəssam: Viktor Aden
Mirzə Mustafayev — traktorçu
Y.Frik — təxribatçı
Fuad Əfəndiyev — cərrah
Aleksandr Popov — sərhəd zastavasının rəisi
N.Kəsəmənski — sərhədi pozan
Məmməd Babayev — ordinator
Azərbaycan Dövlət Qanköçürmə İnstitutu
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32; 95.