Hazır qəhvə ya da qəhvə tozu, mayalanmış qəhvə çərdəklərindən əldə edilən içkidir. Qurutma prosesi dondurularaq və ya sprey köməkliyi ilə həyata keçirilir. Sıxışdırılmış maye halında olan hazır qəhvə növləri də vardır.
Hazırlama qaydası (isti suda asanlıqla həll olması), qəhvə çəyirdəyinə müqaisədə daha yüngül olması və uzun müddətli ömrü hazır qəhvənin üstünlükləri arasında yer alır. Bundan başqa, yaxşı qurudulmamış hazır qəhvə asanlıqla xarab ola bilər.
Hələ Amerika Vətəndaş Müharibəsi zamanı, birlik ordusu üçün "Essence of Coffee" adı altında konsentratlaşdırılmış qəhvə/süd/şəkər qarışığı istehsal edilir. Bu cür hazır qəhvə, bir çay qaşığı bir fincan isti su ilə qarışdırılaraq içilirdi. Ancaq bu qarışıq qoşunlar arasında o qədər populyar olmadığı üçun, tezliklə istehsalı dayandırılır.[1]
Hazır və ya həll olunan qəhvə 1890-cı ildə Yeni Zelandiyanın "Invercargill" şəhərində yaşayan David Strang tərəfindən ixtira edilmiş və 3518 nömrəsi ilə patentləşdirilmişdir[2] Patentləşdirilmiş məhsul, "Quru isti hava" prosesinə istinad edilərək "Strang's Coffee" ticarət markası adı altında satılmağa başlamışdır.[3]
Bəzi müasir mənbələr isə, ixtiranın fransız yumorist və yazıçı Alphonse Allaisa məxsus olduğunu qeyd edirlər.[4][5]
İxtira daha əvvəl 1901-ci ildə Çikaqoda işləyən yapon alimi Satori Katoya aid edilirdi. Kato, kəşf etdiyi hazır qəhvəni Nyu Yorkdakı "Pan-Amerikan" sərgisində tanıdır.[6] Daha sonra isə, 1910 ildə Amerika Birləşmiş Ştatlarında ixtiraçı Corc Vaşinqton öz hazır qəhvə hazırlama metodunu inkişaf etdirmişdir. Daha təkmil qəhvə emalı prosesini təqdim edən Nescafé markası 1938-ci ildə istifadəyə verilmişdir.