Leyla Hazal Kaya[4] (türk. Leyla Hazal Kaya; d. 1 oktyabr 1990, İstanbul) — Türkiyə aktrisası.
Hazal Qaya | |
---|---|
Doğum tarixi | 1 oktyabr 1990 (34 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Əli Atay[1] |
Uşağı | Fikrət Əli Atay[2] |
Atası | Sərhad Qaya |
Anası | Ayşəgül Qaya[3] |
Fəaliyyəti | aktrisa, kino aktrisası |
Fəaliyyət illəri | 2006-cı ildən |
Təhsili | |
IMDb | ID2700631 |
hazalkaya.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Hazal Qaya 1 oktyabr 1990-cı ildə İstanbulda anadan olub. İlk və orta dərəcəli təhsilini Qazi Osman Paşa ibtidai təhsil məktəbində və İstanbul italyan liseyində tamamlayan aktrisa, universitet təhsili üçün İstanbul Məlumat Universiteti səhnə və göstəriş sənətləri idarəsi, performans bölümünü seçmişdir[5].
2006-cı ildə "Acəmi Cadı" və 2007-ci ildə "Gənco" adlı seriallarda rol aldı, lakin onu məşhur edən Halit Ziya Uşaklıgilin eyni adlı romanının motivləri əsasında çəkilən Aşk-ı Memnu serialı oldu. Bu serialda canlandırdığı Nihal Ziyagil personajı ilə 2008–2010 illəri arasında izləyiciləri ekran başına çəkməyi bacardı. 14 yanvar 2011-ci ildə Show TV'də başlayan "Adını Fəriha qoydum" adlı serialla ekranlara geri qayıtdı.
Türk, ingilis, italyan, alman dillərini bilir.
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |