İran Hava Hücumundan Müdafiə Qoşunlarının komandanının sözlərinə görə “Hazem” üç modeldə - qısa, orta və uzun mənzilli versiyalarda hazırlanıb. Bu PUA-ların Hava Hücumundan Müdafiə mütəxəssisləri tərəfindən Anbiya HHM bazasının gizli obyektlərinin mühafizəsi üçün yaradıldığı ehtimal edilir.
Ondan kəşfiyyat missiyalarında istifadə də mümkündür. “Hazem” PUA-ları partlayıcı maddələrlə silahlandırıla bilir.[1][2][3]
Bir tədqiqatçı, dronun stels çatışmazlığına görə Hazemin ciddi hərbi əməliyyatlar meydanında İran üçün ciddi bir taktiki effektə sahib ola bilməyəcəyini bildirmişdir.[4]