Hazen Spiller evi — Massaçusets ştatının Heyverill şəhərində, Qroveland küçəsində yerləşən tarixi evdir. Hazen Spiller evi Riçard Hazen tərəfindən 1724-cü ildə tikilmiş, dövrün kərpic ev modelinin nadir bir nümunəsidir. XX əsrin əvvəllərində Hazen Spiller evində bərpa işləri aparılmışdır. Ev iki mərtəbəlidir. Hazen Spiller evi 1911-ci ildə binaların ilk dövrün xüsusiyyətlərini ətraflı şəkildə qeyd edən Vlliam Taylor tərəfindən qeydə alınmışdır. 1915-ci ildə Teylor evi Nattinq Vollesə satdı. Volles daha sonra evdə bərpa işləri aparmış, bu proses Hazen Spiller evi ilə yanaşı erazidəki digər tikililərə də mənfi təsir göstərmişdir. Ev, Nattinqin sahibi olduğu və müstəmləkə üslubunu yaymaq üçün istifadə etdiyi "Şəkil evləri zənciri" kitabçasında nümayiş olunan seriyadan biri idi[1].
Hazen Spiller evi | |
---|---|
Hazen-Spiller House | |
42°47′53″ şm. e. 71°01′05″ q. u.HGYO | |
Ölkə | |
Yerləşir | Massaçusets ştatı |
Tikilmə tarixi | 1724 |
Ev 1990-cı ildə "Tarixi Yerlərin Milli Reyestri"nə verilmişdir[2].