Hebe ayıcası (lat. Ammobita hebe) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ.
Hebe ayıcası | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Qanadları açılmış halda 50-52 mm-dir. Ön qanadları qara rəngdə enli ağ, qonur qırmızı kənarları var. Arxa qanadlar açıq qırmızı rəngdə olub, kənarı isə qara haşiyələnmişdir. Ön xarici hissəsində kənarı açıq rıngdə iki böyük qara ləkə, ortasında isə həmin rəngdə haşiyə uzanır. Baş və döş qaradır. Qarıncıq arxa qanadın rəngində olub, yan tərəfləri və qurtaracağı qara rəngdədir. Tırtılları qara rıngdə olub, üzəri uzun qara, yanlardan isə qırmızı-qonur tüklərlə örtülmüşdür, başı qaradır.
Dağətəyi kserofit biotoplarda, dağ-səhra və düzənliklərdə tırtılı payızda və apreldə xaşa, sirkən, südləyən, boymadərən və s. yabanı ot bitkiləri ilə qidalanır. Kəpənəkləri mart-iyun aylarında uçur.
Avropa-Sibir növünə daxildir. Avropanın bütün mərkəzi və şimal ərazilərində, Böyük Qafqazın mərkəzi və qərb hissələrində, Sibirin hər yerində əsasən meşə zonalarında. Azərbaycanda isə Lerik, Naxçıvan, Abşeronda yayılmışdır.