Helen Napoleon Bonapart

Helen Napoleon Bonapart (18 iyun 1816 – 16 yanvar 1907) [1] Napoleon Bonapartın və məşuqəsi Albina de Montolonun güman edilən qızı.

Helen Napoleon Bonapart 1816-cı ildə keçmiş imperatoru sürgündə müşayiət edən markiz Şarl Tristan Montolon və həyat yoldaşı Albinanın ailəsində, Müqəddəs Yelena adasında dünyaya gəlmişdir. Tam adı Napoleon Mari Helen Şarlotta de Montolon Semonvilldir. Albinanın Napoleonun məşuqəsi olması səbəbindən bəzi tarixçilər Heleni onun qızı hesab edir. [2] İmperator özü bunu heç vaxt etiraf etməsə də, qızın Napoleona çox oxşadığı iddia olunur. Müqəddəs Yelena adasını tərk etdikdən sonra Helenin sonrakı taleyi barəsində müfəssəl məlumat yoxdur. O, 1907-ci ildə Eks-an-Provansda vəfat etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]