Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məlumatı yoxla. |
Helicobacter pylori mədə və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli, qrammənfi patogen bakteriyadır. Mədə və onikibarmaq bağırsaq xoraları, qastritlər, duodonitlər, mədənin limfom və şişləri etioloji olaraq H. pylori yoluxması ilə əlaqələndirilir. Belə ki, 90% H. pylori daşıyıcılarında heç bir xəstəlik simptomları olmur. Cinsin Helicobacter adlandırılması onun spiral formaya malik olmasıyla əlaqədardır. Bu quruluşa malik olması H. pylori bakteriyasının mədə və onikibarmaq bağırsağın selikli qişasına asandlıqla daxil olmasına və onun selikdə hərəkət etməsinə imkan yaratmış olur.[1][mənbə göstərin]
Helicobacter pylori | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Helicobacter pylori |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
1875-ci ildə alman alimi spiral və ya spiralşəkilli bakteriyanı mədənin selikli qişasında aşkar etmişdir. Tapılmış bi bakteriya qidalı mühitdə əkilsə də inkişaf etməmişdir. Beləliklə də bu təsadüf maraq kəsb etməmiş və unudulmuşdur. 1893-cü ildə italyan alimi Culio Bidzodzero turş mühitli mədə şırəsində mövcud olan spiralşəkilli bakteriyanın təsvirini vermişdir. 1899-cu ildə Krakovdakı Yagellon universitetinin professoru Yavorski mədənin yuyuntu suyundakı çöküntüləri müayinə edərkən spiralşəkilli bakteriyalara diqqətini cəlb etmiş və onları lat. Vibrio rugula adlandırmışdır. Yavorski ilk dəfə olaraq mədə patologiyalarının etiologiyasında bu bakteriyaların rolunu fərz etmişdir. Onun bu işi polyak dilində dərc olunduğundan əhəmiyyət kəsb edə bilməmişdir. 1979-cu ildə bakteriya avstraliya patoloqu Robin Uorren tərəfindən yenidən aşkar edilərək aktuallaşmışdır. 1981-ci ildən Robin Uorren Barri Marşalla birlikdə tədqiqatlar apararaq qidalı mühitdə onun kulturasını əldə etməyə nail olmuşlar. Uorron və Marşall göstərmişdirlər ki, əksər mədə xoraları və qastritlər stress və acı qidalarla əlaqəli olmayıb, lat. Helicobacter pylori ilə yoluxmadan sonra meydana çıxmış olurlar. Tibbdə və elmi cəmiyyətlərdə çətinliklə və tərəddüdlə də olsa lat. Helicobacter pylori- nin patogenetik rolunu qəbul etməyə məcbur olurlar. Barri Marşall fərziyyənin düzgünlüyünü yoxlamaq məqsədilə öz üzərində eksperiment apararaq: H. pylori kulturalı petri kasa möhtəviyyatını içərək özünü yoluxdurur və nəticədə qastritin meydana çıxmasına səbəb olur. Sonra Marşall bismut duzu və metronidazol vasitəsilə 14 günlük kursdan sonra qastritin müalicəsinə nail olur. Sonrakı tədqiqatlarda müəyyən olunmuşdur ki, qastritlərin, mədə və onikibarmaq xoralarının müalicəsində antibiotiklər daha effektlidir və xüsusi əhəmiyyətə malikdirlər. 1994-cü ildə ABŞ-nin milli səhiyyə institutu ekspert rəyi dərc edərək, əksər residiv xoraların müalicəsində antibiotiklərdən istifadə edilməsi tövsiyə edilmişdir. 2005-ci ildə bakteriyanın tibbdə əhəmiyyətini aşkar etmiş Robin Uorren və Barri Marşalla Nobel mükafatı təqdim edilmişdir.
İlk olaraq bakteriya 1085-ci ildə lat. Campylobacter pyloridis adlandırılsa da sonralar 1989-cu ildə latın dilinin qrammatikasına müvafiq şəkildə dəyişdirilərək lat. Campylobacter pylori adlandırılmışdır. Bakteriyanın DNK analizi onun lat. Campylobacter cinsinə deyil, yeni bir cinsə — lat. Helicobacter Goodwin et al. 1989 aid olduğunu təsdiqləmiş olur. Pylori əlavəsi yun. πυλωρός sözünün yiyəlik hal forması "pylōrus" olub hərfi mənası çıxacaq, keçəcək deməkdir. Mədə çıxacağına və ya onikibarmaq bağırsağa keçən hissəsinə elmi təsnifat üzrə pyloricus deyilir. Bura baktriyanın əsasən kalonizasiya yaratdığı nahiyə sayılır. Nakteriyanın insan üçün patogen növlərinə lat. H. pylori, H. acinonychis, H. felis, H. bizzozeronii, H. nemestrinae, H. salomonis aiddirlər. DNK oxşarlığı və hibridləşməsi lat. H. pylori və lat. H. mustelae arasında daha yüksəkdir. Helicobacter növləri elmə məlum olan, hədsiz turş mühitdə (mədə turşusunda) sağ qala bilən və mədənin selikli qişasında kalonizasiya olunan yeganə bakteriya növləri sayılırlar.
Mədəyə düşmüş lat. H. pylori dərhal spiral formasının və qamçılarının sayəsində mədənin selikli qişasına sirayət edərək orada kaloniyalar törədir. Selikli qişanı zəbt etmiş bakteriyalar ureaza ifraz edərək, ammiakın qatılığını artırmış olur. Bu da öz növbəsində mədənin selikli qişasından qastrin ifrazını artırır ki, buna müvafiq kompensator olaraq izafi dərəcədə mədə turşusunun və pepsinin sekresiyasının artması, bufer sisteminin — bikarbonatların isə əksinə azalması baş verir. lat. H. pylori tərəfindən ifraz edilən musinaza, proteaza, lipaza kimi fermentlər mədənin qoruyucu selik qişasını depolimerləşdirərək zədələmiş olurlar. Bu yolla qoruyucu təbəqədən məhrum olmuş selikli qişa mədə turşusunun və pepsinin aşılayıcı təsirinə məruz qalmış olur. Nəticədə həmin nahiyələrdə əvvəlcə kimyəvi yanıq, sonra isə iltihabi proses meydana çıxmış olur. lat. H. pylori tərəfindən ifraz olunan ekzotoksin VacA mədənin epitel toxumalarının məhvinə səbəb olur.
Bakteriyanın eradikasiyası (lat. ex "çıxartmaq" və lat. radix "kök" — kökündən kəsmək, dibindən çıxartmaq) və ya eradikasiyon müalicə — standart müalicə rejimi olub, qastrit və mədə xorasının sağalması üçün şərait yaratmaq üçün, sözügedən bakteriyanın mədənin selikli qişasından tam məhv edilməklə kənarlaşdırılmasına istiqamətləndirilmişdir. Bu müalicə rejimi 7–14 gün ərzində aparıla bilinir.[mənbə göstərin]