Heliozoylar

Günəşkimilər yarımsinfi (lat. Heliozoa ) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir.

Günəşkimilər
Elmi təsnifat
Ranqsız:
Yarımtip:
???:
Günəşkimilər
Beynəlxalq elmi adı

Günəşkimilər, əsasən şirin sularda yaşayırlar, xarici görünüşcə şüalılara çox oxşadırlar. Bədənləri kürə formasında olub, günəşin şüalarına bənzər yalançı ayaqlar əmələ gətirirlər. Şüalılardan fərqli olaraq, günəşkimilərdə mərkəzi kapsula olmur. Sitoplazma bir və ya bir neçə nüvədən ibarət olan dənəvər endoplazmaya malikdir. Ektoplazma şəffafdır, tərkibində bir və ya iki yığılan vakuol vardır.[2]Günəşkimilərin yalançı ayaqları endoplazmadan başlanğıc götürür. Psevdopodaların mərkəzindən xaricdən duru sitoplazma ilə əhatə olunan, bir qədər qatı xətt keçirki, belə yalançı ayaqlar aksopodalar adlanır. Aksopodalar uzanıb – qısaldığı kimi , əyilədə bilir. Bunun hesabına günəşkimilər kiçik yosunlar, təkhüceyrələrdən başqa, daha iri şikara – rotatorilərə, kiçik xərçənglərə hücüm edə bilirlər. Əksər günəşkimilərdə möhkəm mineral skelet olmur, bəzilərində isə silisium-oksiddən ibarət iynələr vardır. Günəşkimilər qeyri-cinsi yolla çoxalırlar . Şirin sularda yaşayan ActinophrysActinosphaerium cinsinin nümayəndələrində cinsi çoxalma da müşahidə olunur. Actinophrys sol növündə cinsi proses aşağdakı qaydada gedir: günəşkimi bölünür və həlməşikşəkilli qatla örtülür. Qız fərdlərin nüvəsi də ikiyə bölünür. Sonra qız fərdlər yenidən birləşərək ziqota əmələ gətirirlər. Ziqota müəyyən sakitlik dövrü keçirdikdən sonra yetkin günəşkimiyə çevrilir. Belə cinsi çoxalma prosesi pedoqamiya adlanır.

Günəşkimilərin böyük əksəriyyəti sərbəst yaşayır, lakin onların oturaq həyat tərzi keçirən formaları da vardır, onlar substrata xüsusi saplaqlar vasitəsilə birləşirlər.Xəzər dənizində cəmi 2 növ günəşkimilər aşkar edilib: Protactrum maxina Grimm və Schulzia pelagica Gr. Azərbaycanın şirinsu hövzələrində isə 8 növ günəşkimilər tapılıb. Onlardan Actinophrys sol Ehr ., A. VESİCULATA Pen., Actinosphaerium eichhorni Ehr., Heterophrys radiata West., Glathrulina cienkowskiii Mer., Nuclearia simplex Gienk Kosmopolit növlərdir. Bundan başqa, Lənkəranın çəltik tarlalarında A.eichhorni və A.sol növləri də tapılmışdır.[3]

  • B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521
  2. B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı, "Təhsil" 2008, 568 səh
  3. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s