Hematitləşmiş torpaqlar — hematit tərkibi Fe2O3-dən ibarət mineraldır.
Bu torpaqların tərkibində Titan, silisium, manqan, su kimi kimyəvi qarışıqlar olur.
Metallurgiya zavodunda dəmir və polad istehsalı zamanı hematitli şlaklardan ibarət tullantılar alınır. Həmin şlaklar yüksək məsaməli olduqları üçün neft mədəni yerlərində buruqyanı istismar meydançalarında iş prosesi zamanı əmələgələn bataqlıqların qurudulmasında onlardan absorbent kimi istifadə olunur. Nəticədə buruqyanı istismar meydançalarında 5–10 sm qalınlığında hematitli şlaklardan ibarət örtük əmələ gəlmişdir. Bu isə həmin ərazilərdə hematitləşmiş torpaqların yaranmasına səbəb olmuşdur. Həmin örtük neftli tullantılarla (8,5–12%) və başqa qarışıqlarla zəngin olduqları üçün fitotoksiki xassələrə malikdir. Bu növ çirklənmiş torpaqlar "Salyanneft" mədənlərində daha geniş yayılmışdır[1].