Henk Bremmer

Hendrikus Piter (Henk) Bremmer (17 may 1871[1][2][…], Leyden, Cənubi Hollandiya[3]10 yanvar 1956[1][2][…], Haaqa[3]) — hollandiyalı rəssam, incəsənət tənqidçisi, sənətşünas, incəsənət müəllimi, incəsənət kolleksiyaçısı idi. [4] Rəssam Rudolf Bremmerin atası idi. Bremmer rəssam təhsili aldı, 1893-1895-ci illərdə jurnalist kimi çalışdı və 1896-cı ildə incəsənət dərsi keçməyə başladı. 1906-1907 mövsümündə Hollandiyanın ən varlı qadınlarından biri olan Helen Kröller-Müller onun şagirdi idi və qısa müddətdə incəsənətlə bağlı kolleksiya nümunələri toplamağa başladı. Bremmer ona incəsənətlə bağlı topladığı bu kolleksiyanı bir yerə yığıb nümayiş elətdirməyi təklif etdi və bu gələcəkdə yaranacaq olan Kröller-Müller muzeyinin əsasını qoydu.

Henk Bremmer
Doğum tarixi 17 may 1871(1871-05-17)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 yanvar 1956(1956-01-10)[1][2][…] (84 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəsm kolleksioneri[d], rəssam, incəsənət tənqidçisi[d], sənətşünas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bremmerin bir çox sənət adamı ilə əlaqəsi var idi. 1902-ci ildən ölənə qədər Haaqadakı Artiestenhofda yaşayıb. 1912-ci ildə Bart van der Lek ilə əlaqəyə yaratdı, onu maddi dəstək və aylıq müavinət ilə təmin etdi. 1906-cı ildə incəsənət tənqidi olan Eene inleiding tot het zien van beeldende kunst kitabını nəşr etdi. [5] 1913-cü ildə təsviri sənət jurnalına başlamışdır. Bremmer, 20-ci əsrin birinci yarısında Hollandiya incəsənətinə o qədər təsir etmişdi ki, "İncəsənət Papası" adlandırıldı. 14 oktyabr 2006-cı il tarixdən 25 fevral 2007-ci ilədək Bremmerin şərəfinə olan The Art Tsar, H.P. Bremmer adlı bir sərgi, Otterlodaki Kröller-Müller Muzeyində keçirildi. [6]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Hendricus Petrus Bremmer (nid.).
  3. 1 2 3 4 RKDartists (nid.).
  4. "Bremmer, Hendricus Petrus (1871-1956)". Biografisch Woordenboek van Nederland 3 Huygens ING (nid. ). Huygens ING. 12 noyabr 2013. 2020-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 20120.
  5. Hendrikus Piter Bremmer. Een inleiding tot het zien van beeldende kunst. Amsterdam: W. Versluys. 1906. 224.
  6. "Eene inleiding tot het zien van beeldende kunst" (nid. ). delpher.com. 2015-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 20120.