Henri Corc Farmer

Henri Corc Farmer (17 yanvar 1882[1][2], Birr[d], Lenster30 dekabr 1965[1][2], Saut-Lanarkşir[d]) — ingilis musiqişünası.

Henri Corc Farmer
irl. Henry George Farmer
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Birr, İrlandiya, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Saut-Lanarkşir, Şotlandiya, Böyük Britaniya
Musiqiçi məlumatları
Fəaliyyəti musiqişünas, dirijor

Farmer 1914–1947-ci illərdə Qlazqoda (Şotlandiya) yaşamış, burada orkestrə rəhbərlik etmiş, universitetdə dərs demişdir. Yaxın Şərq xalqlarının musiqisini, xüsusilə ərəb musiqisi və onun müxtəlif nəzəri məsələrini tədqiq etmiş, orta əsrlər ərəb, Azərbaycan (Əbdülqadir Marağai, Səfiəddin Urməvi) musiqi nəzəriyyəçilərinin yaradıcılığını öyrənmiş, ayrı-ayrı musiqi alətlərinin (o cümlədən qədim ərəb, türk) təsvirini və təsnifatını vermişdir.

"13-cü əsrə qədərki ərəb musiqisi tarixi", "İslam musiqisi" Farmerin mühüm elmi əsərləridir.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Henry George Farmer // AlKindi.
  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976–1987.