Henrik Petersson (6 aprel 1973, Uppsala) — riyaziyyatçı, riyaziyyat müəllimi və İsveç yazıçısı. Petersson Çalmers Texnologiya Universiteti dosentdir və Göteborqdakı Hvitfeldtska Liseyində riyaziyyat dosenti olaraq çalışır.[1][2] Petersson Hvitfeldtska Liseyində qabaqcıl riyaziyyat üçün riyaziyyat problemi kurslarını və təbiət elmləri sahəsi üçün klassik riyaziyyat kurslarını tədris edir. Hvitfeldtskada tədrisi ilə yanaşı riyaziyyatla maraqlanan lisey tələbələri üçün online platforma da idarə edir.[3] Sayt Solstickan Vəqfi vasitəsi ilə maliyyələşdirilib.[4]
Henrik Petersson | |
---|---|
Doğum tarixi | 6 aprel 1973 (51 yaş) |
Doğum yeri | |
Elm sahəsi | riyaziyyat |
İş yeri |
Henrik Petersson 6 aprel 1973-cü ildə İsveçin Uppsala şəhərində anadan olub. 2001-ci ildə riyaziyyat üzrə elmilər doktoru olmuşdur. 2010-cu ildə xüsusi lisey muəllimi kimliyini almışdır.[5]
2005–2008 illəri arasında riyaziyyat sahəsinda 12 ədəd müxtəlif elmi tədqiqatlar və məqalələr dərc etmişdir. Tədqiqatı funksiyaların nəzəri tətbiqi ilə xətti dinamika və operativ nəzəriyyəyə yönəldilmişdir.[6]
Petersson, ən çox 2013-cü ildə nəşr olunan Problemlösningens grunder adlı kitabı və Hvitfeldtska Liseyindəki riyaziyyat tədrisinə görə tanınmışdır.[7]
2019-cu ildə Petersson, Avancera I və Avancera II adlı iki kitab nəşr edəcək.[8]
Hvitfeldtska'daki müəllimliyi sayəsində, çox sayda tələbəsi bir çox ölkədaxili və beynəlxalq riyaziyyat olimpiadalarında iştirak edib.[9][10] Ən son nümunə, iki şagirdinin İsveç Milli Riyaziyyat Yarışmasının Finalına vəsiqə qazanmasıdır.
Henrik Petersson, müxtəlif idman növlərinda, o cümlədən qaçış və ya Nordic xizək sürmə kimi sahələrdə çoxsaylı mükafatlar almışdır. Qeyd edək ki, o, 10 km Lidingö yarışında bütün 14 yaşlı gənclər içərisinda ən sürətli qaçış perdormansı göstərdi (34.50, 1987). Belə ki, indiki yarımfinal rekordu 1 saat 07 dəqiqə 12 saniyədir. Borås, 1994). O, həmçinin 1983 və 1985-ci illərdə Uppland rayon çempionu və 1986, 1987 və 1989-cu illərdə Småland eyaləti üzrə çempion idi.