Herkilər və ya Harkilər — Qərbi Azərbaycan, Şərqi Anadolu və şimali-şərqi İraqda yaşayan kürd tayfası.[5] Olduqca qaraşındırlar.[6] XX əsrin I onilliyinə olan məlumata əsasən Osmanlı imperiyası təəbəsi olan Herkilərin sayı 3 min ailədən ibarət idi və onların az hissəsi Ərzurum və Van ətrafında, daha çox hissəsi isə Mosul ətrafında əsasən köçəri olaraq yaşayırdılar.[6] Herkilər Məndan, Səyyidan, Sərhədi və Hacı adlanan dörd qəbiləyə bölünürlər. Osmanlı arxiv sənədləri əsasında aparılmış araşdırmalara əsasən Herkilər asimilə olmuş etnik türklərdir. Beləki, araşdırmaya əsasən Türkiyədə yaşayan və özünü Herki adlandıran tayfa mənsubları mənşə olaraq Oğuzların Avşar boyundan, hazırkı İraqda yaşayan və özünü Harki adlandıranlar isə kökən olaraq Oğuzların Qarqın boyundan törəmişlər.[7]