Yer qabığının müxtəlif sahələrində paleozoy erasının II yarısında( Devonun sonu- Triasın əvvəlləri) baş verən qırışıqlıq, qranitoidli intruziv maqmatizm və dağəmələgəlmə proseslərinin məcmuyunə deyilir. Paleozoy geosinklinallarında baş vermiş hertsen qırışıqlığı qırışıq dağ sistemlərinin – hersinidlərin yaranmasına səbəb olmuşdur. Hertsin qırışıqlığı nəticəsində Qərbi, Mərkəzi və Cənubi Avropanın Şimal- qərbi Afrikanın, Şimali Qafqazın, Uralın, Tyan- Şanın, Altayın, Appalaçların, Cənubi Amerika adalarının, Avstraliya Alplarının qırışıq dağ qurğuları yaranmışdır. [1]