Hesabat generatoru

Report generator ~ генератор отчетов ~ rapor üreteçi ~ hesabat generatoru – verilənlər bazasından alınan informasiyanı çap etmək üçün istifadəçinin yaratdığı “formalar” şəklində hesabtlardan istifadə edən tətbiqi proqram növü (adətən, verilənlər bazasının idarəolunması proqramının bir hissəsi). Hesabat generatorundan avtomatik olaraq başlığı, kolontitulu, səhifə nömrələri və b. qoyulmuş rahat oxunan sənəd, yaxud blank yaratmaqan ötrü yazının müəyyən sahələrini, yaxud yazılar qrupunu seçmək üçün istifadə olunur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.