Hevald reaksiyası sərbəst kükürd iştirakı ilə gedən, aldehid və ya ketonun kondensləşməsi (burada R2=H) ilə nəticələnən əvəzolunmuş 2-aminotiofen alınan üzvi reaksiyadır.(aminotiofenlərin alınma reaksiyası)
Reaksiya 1930 ildən Karl Hevaldın adını daşıyır. Reaksiya mexanizmi kəşf olunduqdan 30 il sonra tədqiq edilmişdir. İlkin mərhələ aralıq məhsul (3) əmələ gətirən keton (1) və α-sianoefir (2) arasındakı Knyoevenagel kondensasiyasıdır.Sərbəst kükürdün əlavə edilməsi mexanizmi məlum deyil.Tsiklləşmə və tautomerləşmə lazım olan məhsulu verir:
Mikrodalğalı şüalanma reaksiya gedişinə və vaxtına təsir edir.
Hevald reaksiyasının variantlarından birində 3-asetil-2-aminotiyofen dityandan (kükürd və asetonun əlavə olunması, R = CH 3 və ya asetaldehid, R = H olarsa) və sabit olmayan sianasetonun natrium duzundan başlayaraq sintez olunur. Aminotiyofenlərin çoxkomponentli sintezi (Gewald reaksiyası) Gewald tərəfindən əvəzlənmiş 2-aminotiyofenlərin sintezi üçün çoxkomponentli metod elementar kükürd, α-metil (metilen) karbonilin qarşılıqlı təsirindən ibarətdir.