Heybət Mehdiyev

Heydət Mehdiyev (azərb. Mehdiyev Heybət Cənnətalı oğlu‎) — Azərbaycanlı alim, ictimai xadim

Həyatı[redaktə | mənbəni redaktə et]

Heybət Cənnətalı oğlu Mehdiyev 1937-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur.[1] 1954-cü ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb İnstitutunun Stomotologiya fakültəsinə daxil olmuş, 1959-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Kürdəmir rayon xəstəxanasının poliklinikasında həkim stomotoloq vəzifəsində çalışmışdır. 1968-ci ildə Ali dərəcəli həkim-stomotoloq adına layiq görülmüşdür. H.Mehdiyev 1972-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 22 elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabın müəllifi olmuşdur. O, 1992-ci ildən respublika “Şəfqət və Sağlamlıq” fondu Kürdəmir rayon şöbəsinin sədri olmuşdur.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Müxtəlif vaxtlarda fəxri fərmanlarla, ”Əmək veteranı” medalı, SSRİ Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. 1990-ci ildən ömrünün axırına kimi Ağsaqqallar Şurasının Sədri olmuşdur. Kürdəmir rayonunda təbii üsullarla müalicə vasitəsi kimi böyük əhəmiyyət kəsb edən “Şəfqət sanatoriya”sının tikilib istifadəyə verilməsində Heybət həkimin xüsusi əməyi olmuşdur. O, uzun illər hədər olub gedən termal şəfa suyunu əhalinin sağlamlığına yönəltmişdir.

Vəfatı[redaktə | mənbəni redaktə et]

Heybət Mehdiyev 2008-ci ildə vəfat etmişdir.[2]

Xatirəsinin ədəbiləşdirilməsi[redaktə | mənbəni redaktə et]

Kürdəmir rayonunda adına küçə verilib.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Heybət Cənnətalı oğlu Mehdiyev[ölü keçid]
  2. "AZƏRBAYCAN RESPUBLİKASI KÜRDƏMIR RAYON İCRA HAKİMİYYƏTİ". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-15.
  3. Heybət Mehdiyev küçəsi