Heydər Əliyev. Müstəqilliyimiz əbədidir (kitab)

"Heydər Əliyev. Müstəqilliymiz əbəbdidir (kitab)" ― Heydər Əliyevin zəngin irsini əks etdirən elmi-biblioqrafik vəsait.[1][2]

"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir"
Orijinalın dili Azərbaycan dili
Ölkələr  Azərbaycan
Nəşriyyat "Şərq-Qərb"
Nəşr 2013
Səhifə 632
Tiraj 1000
ISBN 978-9952-404-79-1

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" külliyatının 2 cildli elmi-biblioqrafik göstəricisi ulu öndər Heydər Əliyevin müxtəlif dövrləri əhatə edən çıxışlarının, nitqlərinin, bəyanatlarının, müsahibə və məktublarının müvafiq bölmələrdə əks olunduğu bibliometrik vəsaitdir.[1]

I cild[redaktə | mənbəni redaktə et]

"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" elmi-biblioqrafik göstəricisinin 1-ci cildində "Dövlətçilik, müstəqillik və demokratiya", "Milli təhlükəsizlik", "Ordu quruculuğu", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "İqtisadiyyat", "Neft strategiyası", "Aqrar siyasət", "Elm və təhsil", "Mədəniyyət, ədəbiyyat, dil, incəsənət", "Bədən tərbiyəsi və idman", "Tibb və səhiyyə", "Milli -mənəvi dəyərlər", "Qadın və ailə", "Uşaq və gənclər" bölmələri əks olunmuşdur.[1]

II cild[redaktə | mənbəni redaktə et]

Biblioqrafik göstəricinin 2-ci cildində materiallar "Dünya azərbaycanlıları", "Dövlətlərarası münasibətlər, beynəlxalq təşkilatlar" (Azərbaycanla həmsərhəd ölkələr, Avropa ölkələri, Asiya ölkələri, Şimali Amerika ölkələri, Cənubi Amerika ölkələri, Avstraliya və Okenaniya ölkələri, Afrika ölkələri), "Tarix və tarixi hadisələr", "Azərbaycanın şəhərləri və bölgələri" (Bakı, Naxçıvan, Gəncə, Azərbaycanın digər şəhərləri və bölgələri), "Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin məlumatları" bölmələrində təqdim olunur.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Heydər Əliyev. Müstəqilliymiz əbəbdidir". I. Bakı: "Şərq-Qərb". 2013. səh. 632. ISBN 978-9952-404-79-1.
  2. 1 2 "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir". II. Bakı: "Şərq-Qərb". 2013. 752. ISBN 978-9952-404-79-1.