Heydər Əliyev ili

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə 2023-cü iln "Heydər Əliyev İli" elan edilsi haqqında (29 sentyabr 2022-ci il) sərəncam imzalamışdır.[1]

Görülən tədbirlər

[redaktə | mənbəni redaktə et]

Mayın 21–22-də Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Rayon Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Dendrologiya İnstitutunda "Gəncliyimiz gələcəyimizdir" adlı foto və əl işlərindən ibarət rəsm yaradıcılıq müsabiqəsi keçiriləcək. Müsabiqə ölkə başçısı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr Sərəncamına uyğun olaraq "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinn 2023-cü il 7 fevral tarixində təsdiq edilmiş "Şuşa şəhərinin 2023-cü ili üçün türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı Tədbirlər Planı" əsasında baş baş tutacaqdır.[2]

Mədəniyyət Nazirliyi "Heydər Əliyev ili" çərçivəsində "Mədəniyyətə bağlı ömür" layihəsini həyata keçirir.

5–6 may tarixlərində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə Azərbaycan Milli Xalça Muzeyində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq" adlı beynəlxalq elmi konfrans keçirilib.[3]

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev və Azərbaycan" adlı layihəyə start verib. Layihə çərçivəsində "Çağdaş Azərbaycan gəncliyi üçün Heydər Əliyev fenomeni" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Ulu Öndərin zəngin və çoxşaxəli irsinin gənclər və yeniyetmələr arasında təbliği, habelə onlara vətənpərvərlik vətəndaşlıq tərbiyəsinin aşılanması ruhunda baş tutub.[4]

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək. Festivalın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır.[5]

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı Tədbirlər Planında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu keçirilməsi barədə qərar yer alıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında 08 may 2023 tarixli sərəncam izalamışdır.[6] Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.[7]

H. Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Mərkəzi Bankı ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxılmasını elan edir. Eyni zamanda, ənənəmizə sadiq qalaraq Ulu Öndərin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxırıq. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.

AMEA-nın tədbirlər planı

[redaktə | mənbəni redaktə et]

AMEA-nın respublika miqyaslı tədbirləri sırasında "Heydər Əliyev və azərbaycançılıq konsepsiyası", "Heydər Əliyev və Azərbaycanın neft strategiyası", eləcə də Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileylərinə həsr edilmiş "Bir millət – iki dövlət" mövzusunda elmi konfransların keçirilməsi, "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası" sənədli filminin hazırlanması nəzərdə tutulub.

Bunlardan əlavə il ərzində "Qırmızı kitab"ın Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş III nəşrinin, "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası", "Heydər Əliyev: şəxsiyyətin və fəaliyyətin miqyası", "Təsviri sənətdə Heydər Əliyev obrazı" (ingilis dilində), "Heydər Əliyev və İlham Əliyev: sabitlik, qüdrətli dövlət və qələbənin fəlsəfəsi" monoqrafiyalarının, Heydər Əliyevin Azərbaycan ədəbiyyatı ilə bağlı fərman və sərəncamlarından ibarət kitabın, "Azərbaycan alimlərinin Heydər Əliyevlə bağlı xatirələri" kitabının çap olunması və "Heydər Əliyev haqqında görkəmli siyasətçilərin və dövlət xadimlərinin xatirələri" elektron nəşrinin hazırlanması da nəzərdə tutulub.

"Heydər Əliyev Ensiklopediyası"nın nəşri də xüsusi əhəmiyyət daşıyır. Qısa müddətdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin əməkdaşlarından ibarət işçi qrup tərəfindən müvafiq sözlük hazırlanaraq təqdim edilib.[8]

"Heydər Əliyev İli" çərçivəsində AMEA-da 30 kitab çap olunub.[9]

  1. "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). https://president.az/. 29 sentyabr 2022, 11:30. 04.05.2023 tarixində arxivləşdirilib.
  2. ""Heydər Əliyev İli" çərçivəsində müsabiqə elan edilib" (az.). 525-ci qəzet. 03.03.23 11:22. 05.05.2023 tarixində arxivləşdirilib.
  3. "Milli Xalça Muzeyində Heydər Əliyevin 100 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans" (az.). https://medeniyyet.az/. 07-05-2023. Archived from the original on 2023-05-08.
  4. "Gənc alimlər "Heydər Əliyev İli"nə həsr olunmuş tədbirdə iştirak ediblər" (az.). www.science.gov.az. 01.02.2023. 08.05.2023 tarixində arxivləşdirilib.
  5. "Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 20.02.2023. 08.05.2023 tarixində arxivləşdirilib.
  6. "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 08 may 2023. 8 May 2023 tarixində arxivləşdirilib.
  7. "Azərbaycan tarixinin ən böyük əfv aktı - 801 məhkum..." (az.). qafqazinfo.az. 08.05.2023. 10.05.2023 tarixində arxivləşdirilib.
  8. ""Heydər Əliyev İli" çərçivəsində AMEA-nın tədbirlər planı müzakirə olunub" (az.). AZƏRTAC. 21.02.2023. 04.05.2023 tarixində arxivləşdirilib.
  9. İsa Həbibbəyli: "Heydər Əliyev İli" çərçivəsində AMEA-da 30 kitab çap olunub

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]