Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Məmmədəliyev Heydər Nurəddin oğlu (rus. Гейдар Нураддин оглы Мамедалиев) — Azərbaycan əsilli Rusiya güləşçisi, Yunan-Roma güləşi üzrə Azərbaycan və Rusiya çempionu, Rusiya milli güləş komandasının tərkibində 55 kq-lıq çəki dərəcəsində dünya çempionu, 2004 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Yunan-Roma güləşi üzrə əməkdər idman ustası.
Heydər Məmmədəliyev | |
---|---|
Heydər Nurəddin oğlu Məmmədəliyev | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı |
Azərbaycan Rusiya |
Doğum tarixi | 2 aprel 1974 (49 yaş) |
Doğum yeri | |
Təhsili |
|
İdman növü | Yunan-Roma güləşi |
Boyu | 155 sm |
Çəkisi | 55 kq |
Heydər Məmmədəliyev 2 aprel 1974-cü ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Bakıdakı Olimpiya rezervli məktəbi bitirib. İlk məşqçisi sonralar Azərbaycanın milli qəhrəmanı adına layiq görülən Əliyar Əliyev olub. 1996, 1997 və 1998-ci illərdə Azərbaycan çempionu adına layiq görülüb. 2002-ci ildə Rusiya milli güləş komandasının tərkibində dünya çempionu, 2003-cü ildə Dünya kubokunun sahibi, 2004-cü ildə Afina olimpiadasının gümüş mükafatçısı olub. 1994-cü ildən Yekaterinburqda yaşayır və Verx-İsetsk idman mərkəzində çalışır. Məşqçisi Sergey Novakovskidir. 1999-cu ildən Rusiya komandası heyətində çıxış edir. Ural Dövlət Pedaqoji Universitetinin tələbəsidir. "Ural güləşçiləri" İK-nin heyətində çıxış edir. 2006-cı ilə "Dostluq" ordeni ilə təltif edilib.