Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Heydər Qədirov (tam adı: Heydər Əliheydər oğlu Qədirov) — riyaziyyatçı, iqtisadçı və elmşünas alim, iqtisad üzrə fəlsəfə doktoru.
Heydər Qədirov | |
---|---|
Heydər Əliheydər oğlu Qədirov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | iqtisad üzrə fəlsəfə doktoru |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi |
Heydər Qədirov 22 may 1946-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir.[1]
1970–1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində işləmiş, İnstitutun aspiranturasını bitirmişdir. Eyni zamanda Azərbaycan Neft-kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) ali riyaziyyat və tətbiqi riyaziyyat kafedralarında çalışmışdır. 1978–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Rəyasət Heyəti aparatında işləmişdir: 1978–1981-ci illərdə elmi katib, 1981–1997-ci illərdə Elmi-təşkilat şöbəsinin rəisi olmuşdur. Eyni zamanda Respublika Elmi Tədqiqatların Koordinasiyası Şurasının elmi katibi (1985–1997-ci illər), EA Rəyasət Heyəti yanında İnnovasiya Mərkəzinin direktoru (1989–1997-ci illər), Azərbaycan SSR Nazirlər Soveti sədrinin məsləhətçisi (1989–1992-ci illər), "Ziya Bünyadov" Elm və Təhsil Fondunun nəzdində yaradılmış "Ziya" Universitetinin rektoru (1996–1998-ci illər) vəzifələrini icra etmişdir. 1997–2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri, 1998–2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının "Yanacaq-energetika kompleksinin iqtisadiyyatı" kafedrasının professoru, 2000–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda qrup rəhbəri, 2004–2006-cı illərdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin şöbə müdiri vəzifələrində çalışmışdır. 1998-ci ildən Azərbaycan Milli Yaradıcılıq Akademiyasının innovasiyalar üzrə prezident müavini vəzifəsini icra etmişdir. 2007-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasının "Menecment" kafedrasında işləyir. Qədirov H. Ə. 1990-cı illərdə bir neçə dəfə Azərbaycan Respublikası Milli Məclicində elm və təhsil sahələrinə aid qanunların layihələrinin hazırlanması üzrə ekspert kimi fəaliyyət göstərmişdir. 1996-cı ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.[1]