Heyran (Fan) — 2016-cı ildə istehsal olunan Bollivud filmidir. Baş rolları Şahrux Xan oynayır.
Heyran | |
---|---|
The Fan | |
Baş rolda | Şahrux Xan |
İlk baxış tarixi | 2016 |
Gaurav Çadana uşaqlıqdan Aryan Xanna adlı bir aktyora azarkeşlik edir. Onun bütün filmlərini izləyir, onun kimi danışıb, onun kimi hərəkət edir. Nəhayət, Gaurav böyüyür. Böyüyəndə həddən artıq Aryan Xannaya bənzəyir. O, bir aktyorluq müsabiqəsində 1-ci yeri tutur. O, istəyir ki, qazandığı medalı qəhrəmanına hədiyyə etsin. Valideynlərindən icazə alan Gaurav Aryan Xannanın yanına yollanır. Onun evinin yanına gəlir. Lakin onu evə buraxmırlar. Bir neçə gündən sonra xəbərlərdə bir aktyorun Aryan Xanna ilə dalaşdığını eşidir. Həmin aktyoru döyən Gaurav hər şeyi telefona çəkib Aryan Xannaya göndərir. Gauravın onun işinə qarışmasından ehtiyat edən Aryan Xanna onu həbsxanaya saldırır. Axşam Gauravın yanına gəlir. Gaurav ondan yalnız onu qucaqlamasını istəyir.Aryan Xanna isə onu acılayır və birdə mənim adımı çəkmə deyir.Ona heç cəmi 5 dəqiqəsini belə ayırmır.Həbsxanadan çıxan Gaurav ondan intiqam almaq istəyir. Aryanın cildinə girib onu biabır edir.Aryan bunların kimin işi olduğunu bilir.Gauravı tapır. Uzunmüddətli davadan sonra Aryan deyir:
- Bəsdir daha. Yaxşı övlad ol, yaxşı yoldaş ol, yaxşı insan ol. Amma mənim heyranım olmaqdan əl çək! Bu sözlərdən qəlbi qırılan Gaurav bunu deyir: - Sən hər şey dedin. Amma məndən üzr istəmədin. Sən mənim həyat damarım idin. O damarı kəsib hara gedirsən? - Bəsdir, Gaurav ağlını başına yığ! Bu sözhərdən sonra Gaurav özün binadan atır.Aryan çatdırıb onun əlindən tutur. Gaurav deyir: - Boş ver. Sən belə anlamazsan! Bundan sonra Gaurav Aryanın əlini buraxır və qəlbindəki acı həqiqətlə dünyasını dəyişir... Aryan Xannanın adı təmizlənir. Lakin həmin gündən sonra həyatında bir boşluq duyur. Yenə Aryan Xannanın ad günü olur.Azarkeşlərini salamlamaq üçün dama qalxanda gözünə gülümsəyən Gauravın ruhu görünür.
"Bəzən istədiklərimizi əldə etməyi qarşımıza məqsəd qoyuruq. Lakin getdikcə bu məqsəd məcburiyyətə çevrilir." İnan mənə Gaurav! Sən bu həyatdan qəlbindəki sevginlə nakam getsən də, Aryan Xannanın qəlbində əbədi iz buraxdın. Sən öz adını doğrudan da Aryan Xannanın adı ilə bağladın." Bilmirəm Şahrux Xan bununla FANlarına nə demək istədi. Lakin o bunu bilsin ki, sevilmək özü də Allahın insanlara verdiyi ən böyük mükafatdır..."
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |