Heyvanlarda monoqamiya

Monoqamiya (heyvanlarda) — erkək və dişi cinslər arasında əlaqə; erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və. s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və. s. adətən, bir mövsüm, meymunlarda isə bir neçə il davam edir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Моногамија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1983. С. 51.