Zümrüdçiçəkvarı puşkiniya (lat. Puschkinia scilloides Adams) — Hiasintkimilər fəsiləsinə aid bitki növü.
Zümrüdçiçəkvari puşkiniya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Zümrüdçiçəkvari puşkiniya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c. Azərbaycanın nadir növüdür. [1][2]
Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq yumurtavaridir. Gövdə 5-15 sm hündürlükdədir. Yarpaqlar xətvari və ya dar-xətvari, 7-8 mm enində, 2 ədəddir, çiçək oxundan uzundur. Çiçək qrupu 1-4 (6) çiçəkli, salxımlıdır. Çiçəkyanlığının kənarları ağ və ya ağımtıl-mavi, 4-5 mm uzunluğundadır. Tac 2 dəfə çiçəkyanlığından qısadır, oyuqlu, ikidişcikli kənarlıdır. [1][2][3]
Çiçəkləmə və meyvə əmələgəlmə mart-may aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Soğanaqla çoxalır. Yuxarı dağ qurşağında müxtəlif otlu qruplaşmalar əmələ gətirir. [1][2][3]
Diabarda (Qarabağ-yurdu dağında və Orand kəndində). [1][2][3][4][5][6]
Populyasiyalarının sayı azalı, yaşama ərazsis məhdudlaşır, azalma tendensiyası müşahidə olunur. [1][2][6]
Antropogen amillər (dekorativ bitki kimi yığılması, otların biçilməsi, mal –qara tərəfindən tapdalanması).[1] [2]
Çox az sahələrdə yayıldığından xüsusi mühafizə tədbirləri görülməlidir. Yasaqlıqlar təşkil edilməli, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur. [1][2]
Adamsia scilloides (Adams) Willd.
Puschkinia hyacinthoides Baker.
Puschkinia scilloides var. libanotica (Zucc.) Boiss.