Hidayət Şıxlarov (tam adı: Hidayət Cəfər oğlu Şıxlarov; d. 1923, Salyan, Azərbaycan SSR, SSRİ — ö. 2008, Bakı, Azərbaycan) — İkinci Dünya müharibəsinin iştirakçısı, leytenant.[1][2]
Hidayət Şıxlarov | |
---|---|
Hidayət Cəfər oğlu Şıxlarov | |
Doğum tarixi | |
Doğum yeri | Salyan, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Fəaliyyəti | hərbi qulluqçu |
Mükafatları |
Hidayət Şıxlarov 1923-cü il Salyan şəhərində doğulmuşdur.[1] İkinci Dünya müharibəsi zamanı, 1943-cü il oktyabrın 10-da cəbhəyə yollanmışdır.[3]
1945-ci il yanvarın 24-də Hidayət Şıxlarov şücayət göstərərək, Odra çayını sol tərəfinə ilk keçərək, başlanğıc xəttində yerləşmişdir.[1] Düşmənin əks-hücumunu dəf edərkən, 30 faşist əsgər və zabitini məhv etmişdir.[1] O, yaralansa da, hərbi tapşırığını sona kimi yerinə yetirmişdir. Buna görə, 1945-ci ildə II dərəcəli Vətən Müharibəsi Ordeni ilə təltif olunmuşdur.[1]