Hidayət Səfərli

Hidayət Əhməd oğlu Səfərli (5 fevral 1932, Naxçıvan rayonu, Naxçıvan MSSR16 yanvar 2013, Bakı) — Ssenari müəllifi, səsləndirici, aktyor.

Hidayət Səfərli
Hidayət Əhməd oğlu Səfərli
Doğum tarixi
Doğum yeri Naxçıvan MSSR, Babək rayonu, Şəkərabad
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Bakı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 1991

Həyatı[redaktə | mənbəni redaktə et]

Hidayət Səfərli 5 fevral 1932-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Anası Hökümə xanım məşhur Ordubad xanı Mirzə Mehdiqulu xanın qızıdır. Hidayət Səfərlinin ailəsi Dünya şöhrətli alim Nəsirəddin Tusi nəslinə aiddir. Atası isə Naxçıvanın tanınmış xanı olan Səfər xanın oğludur.

Hidayət Səfərli orta təhsilini Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi (indi həmin məktəb qardaşı şair-dramaturq İslam Səfərlinin adını daşıyır) sonra 1954-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmusdur. 1959-cu ildə Ali məktəbi bitirdikdən sonra Azərbaycan Radiosunda fəaliyyətə başlamışdır. Hidayət Səfərli 48 il Azərbaycan Radiosunun əməkdaşı kimi Respublikamızın bütün rayonlarını qarış-qarış gəzmiş, zəhmətkeş insanların uğurlarından reportajlar, radio-oçerklər, müsahibələr hazırlamışdır.

"Radio mənim həyatımdır" deyən Hidayət Səfərli ömrünün radioda, mikrafon önündə keçməsinə, saçlarının bu yolda ağarmasına heyfslənməmişdir. Silsilə müsahibələr "Yaz dumanı qar gətirər, qız dumanı qar gətirər", "Arazla Kür görüşəndə", "Doqquz iqlim qurşaqlı Vətənim", "Xəzər tükənməz sərvətimizdir" və s. mövzularda reportajlar bu gündə yaddaşlardan çıxmır.

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969–1982-ci illər rayonlara səfəri zamanı kənd əməkçiləri ilə görüşlərində Hidayət Səfərli də müşayiət etmiş və silsilə reportajlar hazırlamışdır. Həmin lent yazıları bu gün də Azərbaycan Radiosunun qızıl fondunda saxlanılır. Mətbuatda uzun illər səmərli fəaliyyətinə görə Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Fəxri adına layiq görülmüş, "Ustaq Sənətkar" Jurnalist mükafatı ilə təltif edilmişdir. Hidayət Səfərli Prezident taqaüdçüsü olmuşdur.

Hidayət Səfərli 16 fevral 2013-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Nəbatət bağı (film, 2001)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]