Hidralar dəstəsi (lat. Hydrida ) — Bağırsaqboşluqlular tipinə aid olan dəstə.
Hidralar dəstəsi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Bu dəstənin quruluş xüsusiyyətlərini öyrənmək üçün şirin suda yaşayan hidraların quruluşu ilə tanış olaq . Hidralar uzunsov, kisəşəkilli bədənə malik sadə quruluşlu bağırsaqboşluqlulardır. Bədənin bir tərəfində ağız dəliyi yerləşir ki , bu oral qütb adlanır. Ağızın ətrafında yığılıb –açılmaq qabiliyyətinə malik olan qol çıxıntıları vardır. Bu çıxıntılar uzandıqda onların uzunluğu bədən ölçüsündən bir neçə dəfə artıq olur. Çıxıntıların sayı 5-dən 8-ə kimi, bəzi hidralarda isə daha çox olur. Ağız dəliyi qastral boşluğa açılır və bu boşluq qol çıxıntılarında davam edir. Hidraların bədəninin divarı ikiqat hüceyrələrdən — ektoderma və entoderma qatlarından ibarətdir. Bu qatlar nazik istinad lövhəsi ilə bir — birindən ayrılır. Hidranın entoderma və ektoderma qatları epiteli-əzələ hüceyrələrindən təşkil olunmuşdur. Epiteli-əzələ hüceyrələri arasında bağırsaqboşluqlulara məxsus olan dalayıcı hüceyrələr vardır. Hidrada bu dalayıcı hüceyrələr 4 tipdə olur və onlar tək-tək və ya qrup şəklində yerləşirlər . Armudşəkilli iri hüceyrələr penetrantlar, kiçik armudşəkillilər volventlər, iri silindrşəkillilər qlyutinant və ya streptolinlər, kiçik silindrşəkillilər isə stereolinlər adlanır.
Hidralar — yırtıcı heyvanlardır. Onlar kiçik xərçənglərlə, həşərat sürfələri , qurdlar və.s qidalanır. Hidra dalayıcı hüceyrələri ilə şikarı iflic edir , öldürür və qol çıxıntıları vasitəsilə onu ağız dəliyindən qastral boşluğuna ötürür . Qastral boşluğa entodermadakı vəzili hüceyrələr həzm fermentləri ifraz edirlər. Bu fermentlərin təsiri nəticəsində qida həll olur. Həzm olunmayan qida hissəcikləri yenidən ağız dəliyi vasitəsilə xaricə atılır. Hidralar regenerasiya qabiliyyətinə malikdir. Bu təcrübəni 1740-cı ildə İsveçrə alimi Tramble tərəfindən aparılmışdır. Kiçik hissələrə bölünmüş hidralar bərpa olunaraq bütöv hidraya çevrilmişdir. Regenerasiya qabiliyyəti təkcə hidralarda deyil, əksər bağırsaqboşluqlara xasdır.
Təbiətdə hidraların cinsi yolla çoxalması , adətən payız aylarına təsadüf edilir. Hidraların bir qismi hermafrodit , bir qismi isə ayrıcinslidir. Cinsi vəzilər — qonadalar ektodermada interstisial hüveyrələrdən əmələ gəlir. Toxumluqlar oral hissəyə , yumurtalıqlar isə aboral hissəyə yaxın inkişaf edir. Toxumluqda çoxlu miqdarda hərəkətli spermatozoidlər əmələ gəlir. Dişi qonadada isə ancaq bir yumurta yetişir. Hermofrodit formalarda mayalanma çarpaz gedir, bəzən öz-özünə mayalanma baş verir. Yumurtalar ana fərdin bədənində mayalanır. Mayalanmış yumurtanın üzəri qabıqla örtülür . Ana fərd məhv olur, qabıqla örtülü yumurta isə qışlayır. Yazda qışlayan yumurtadan cavan hidra inkişaf edir . Hidralarda sürfə mərhələsi olmur. Hidraların çoxalması fəsli xarakter daşıyır. Hidralar dəstəsi üçün şirin sularda 29 növü vardır. Bunlar gövdəli hidra , adi hidra, yaşıl hidra , şirin su hidrası və.s növlərinə rast gəlinir.[1]
B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh