Hidrobiontların ekoloji qrupları

[1]Hidrobiontların aşağıdakı ekoloji qrupları vardır:

Plankton -Plankton sözü yunan kəlməsi olub, azərbaycan dilində azmış, su qatlarında üzən mənasındadır. Termin ilk dəfə alman alimi V. Genzen tərəfindən 1887-ci ildə irəli sürülmüşdür. Planktonun mahiyyətini isə V. Rilov və A. Skabiçevski açmışlar. Onlar planktona belə tərif vermişlər: Plankton su qatlarında yaşayan, suyun hərəkətinə müqavimət göstərə bilməyən, zəif hərəkətli canlılar qrupudur. Bu qruplaşmaya bir hüceyrəli yosunlar, infuzorlar, rototorlar, ibtidai xərçənglər, inkişaf mərhələlərində olan molyusk və bığayaq xərçəng süfələri aiddir.

Planktonda yaşayan orqanizimlər ölçülərinə görə meqaplankton, makroplankton, mezoplankton, mikroplankton və nanoplankton qruplarına bölünürlər.

Meqaplankton- ölçüləri 1 metrdən böyük olan orqanizimlərdir. Meduzalar, sifonoforlar buraya aiddir.

Makroplankton- ölçüləri 1 sm-dən 100 sm-ə qədər olan orqanizimlərdir. Meduzalar bu qrupa aid orqanizimlərdir.

Mezoplankton- öıçüləri 0,5 sm-dən 1 sm-ə qədər olan orqanizimlərdir. Tipik nümayəndələri ibtidai xərçəngkimilər (A. salina. D. pulex)

Mikroplankton-ölçüləri 50 mkm-dən o,5 mm-ə qədər olan orqanizimlərdir. Amöblar, infuzorlar buraya daxildir.

Nanoplankton-ölçüləri 50 mkm -dən kiçik olan orqanizimlərdir. Bakteriyalar, bəzi infuzorlar buraya aiddir.

Nekton- Suyun axınından asılı olmayaraq, aktiv hərəkət edən canlılardır.

Neyston- Suyun səthi gərilmə pərdəsinin altında (hiponeyston) və üstündə yaşayan (epineyston) mikroskopik orqanizimlərdir.

Pleyston- bədəninin bir hissəsi suda, digər hissəsi isə havada olan vanlılardır.

Bentos-Su hövzələrinin dibində yaşayan canlılardır.

Bentik orqanizimləri ölçülərinə görə mikro-, mezo- və makrobentos kimi 3 qrupa ayırırlar. Ölçüləri 1mm-dən az olan canlılar mikrobentos )amöblar, infuzorlar, qamçılılar), 1mm-dən 2,0 mm-ə qədər olan orqanizimlər müzobentos (rottorilər, çanaqlı xərçənglər, nemotodlar, qarnıkirpiklilər), 2,0mm -dən böyük olan orqanizimlər isə makrobentos adlanır. Buraya həlqəvi qurdlar, həşarat sürfələri, dərisitikanlılar və s. orqanizimlər aiddir.

Pelaqobentos-suyun alt qatlarında, su hövzələrinin su torpaq sərhəddində yaşayan canlılardır. Bioloji örtüyün əsasını bakteriyalar, birhüceyrəlilər, süngərlər, bığayaqlı xərçəglər, ikitaylı molyusklar və s. təşkil edir.

Perifiton və ya bioloji təbəqə- Sudakı bərk substratların, hidrotexniki qurğuların üzərində məskunlaşan, onların üzərini örtən canlılardır.[2] 

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Константинов А.С. Общая гидробиология, М.: Высшая школа, 1986. 472 с.
  2. Ağamalıyev F.Q., Əliyev A.R. və b. Hidrobiologiya.Bakı: AzTU, 2010, 484 s.