Hidrogeoloji-meliorativ xidmət – meliorasiya olunmuş torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti yerinə yetirən xidmətdir.
Hidrogeoloji-meliorativ xidmət suvarılan regionlarda hidromeliorativ sistemlərin istismarı orqanlarının (təşkilatının) tərkib hissəsidir. Xidmətin əsas vəzifəsi meliorasiya olunmuş torpaqlarda dayanıqlı – qənaətbəxş su, hava, duz və qida rejimlərini təmin edən tədbirlərin əsaslandırılması və yerinə yetirilməsi üçün torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirməkdir. Torpaqların meliorativ vəziyyəti üzərində nəzarətin nəticələri aşağıdakı məsələlərin həlli üçün vacibdir: su və torpaq ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, proqnoz məsələlərinin həlli, suvarma və drenaj sistemlərinin tikintisi və yenidənqurulması layihələrinin ekoloji əsaslandırılması və sair.
1981-ci ildən etibarən respublikanın suvarılan torpaqlarının meliorativ vəziyyətinin hərillik kadastrı tərtib edilir. Hidrogeoloji-melorativ xidmət idarəsi kadastrın və müvafiq xəritələrin tərtibi üçün öz müşahidələrindən əlavə, respublikanın digər layihə-axtarış və geoloji təşkilatlarının materiallarından da istifadə edir. Suvarılan torpaqların meliorativ vəziyyətinin əsas göstəriciləri kimi aşağıdakılar qəbul edilir: kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı; qrunt suları səviyyəsinin yatım dərinliyi; 0-1 m, 0-2 m-lik qatda torpaqqruntların şorlaşma dərəcəsi; aerasiya zonasında (qrunt suları səviyyəsinə qədər) ümumi duzların miqdarı və profil üzrə yayılma xarakteri; torpaqların şorlaşma və şorakətləşmə dərəcəsi; qrunt və suvarma sularının ümumi minerallığı, kimyəvi tərkibi və qələviliyi və s. Suvarılan torpaqların meliorativ vəziyyətinin göstəricələri bir neçə əvvəlki illərlə müqayisədə istiqaməti nəzərə alınaraq qiymətləndirilir. Hidrogeoloji-meliorativ xidmətin vəzifəsinə eləcə də meliorasiya olunan torpaqlarda su və duz balansları müşahidələrinin təşkili və aparılması aiddir.[1]
Hidrogeoloji-meliorativ xidmətin yerinə yetirdiyi işlərin tərkibi aşağıdakılardır:
Yeraltı suların rejimi üzərində müşahidələr dayaq, təsərrüfatdaxili və müvəqqəti quyular şəbəkəsi vasitəsilə respublikanın geoloji-regional müşahidə şəbəkəsi nəzərə alınmaqla yerinə yetirilir. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin vəzifələrinə eləcə də aşağıdakılar aiddir: təbii amillərin (iqlim və hidrogeoloji) cədvəllərinin tərtibi və təhlili; planlaşdırılan və faktiki suvarma sahələri və normaları, sistemin faydalı iş əmsalı (f.i.ə.), suvarmaya verilən su, drenaj axımı və onun minerallığı; əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının dinamikası və meteoşəraitin, aqrotexnikanın, su təminatının uçotunun aparılması; dayaq quyuları üzrə qrunt suları rejiminin xronoloji qrafiklərinin qurulması; qrunt sularının yerləşmə dərinliyi və minerallıqları xəritələrinin (1:25000….1:50000 miqyasında) qurulması; sahələr və sistemlər üzrə torpaqların şorlaşma xəritələrinin tərtibi (şorluq planalması aparılan hallarda); torpaqların meliorativ vəziyyəti xəritələrinin tərtibi. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin torpaqların meliorativ vəziyyəti üzərində apardığı nəzarət meydana çıxan qeyri-qənaətbəxş proseslərin vaxtında müəyyənləşdirilməsi məqsədi ilə hidroloji, hidrogeoloji və hidrokimyəvi göstəricilər və onların vəziyyəti üzərində müntəzəm müşahidə sistemi kimi torpaq və su obyektləri üzərində dövlət monitorinq sisteminin tərkib hissəsidir.[1]
Hidromeliorativ sistemdəki hidrometrik məntəqələr və müşahidə quyularıdır. Suyun uçotunun aparılması üçün hidromeliorativ müşahidə şəbəkəsində hidrometrik məntəqələrin aşağıdakı qrupları yaradılır:
Açıq tipli suvarma sistemlərinin hidrometriyası olub, su uçotu məntəqələrinin xarakteristikası ilə açıq suvarma və su təsərrüfatı sistemlərində suyun sərfinin və ya həcminin ölçülməsinin metod və texniki vasitələrindən ibarətdir. Açıq suvarma sistemlərinin
İstismar hidrometriyası hidromeliorativ və su təsərrüfatı sistemləri üçün suyun uçotu sisteminə bir tərkib hissə kimi daxildir. İstifadə olunan su uçotu sisteminin təsnifatı hidromeliorasi- ya və su təsərrüfatı sistemlərinin təyinatından (suvarma, qurutma, su ilə təmin etmə) asılı deyildir. Ancaq bütün tip su təsərrüfatı və hidromeliorativ sistemlərin və sudaşıyıcıların (təzyiqsiz, təzyiqli, təzyiqsiz-təzyiqli) su uçotu məntəqələrinin funksional təyinatından asılı olaraq, su sərfinin ölçülməsi metod və vasitələrinə olan texniki tələbatdan irəli gəlir.
Hər hansı sudaşıyıcıdan (boru kəməri və ya kanal) keçən suyun sərfini ölçən və həcmini müəyyənləşdirən qurğudur.
Sərf ölçənlər, su sayğacları və difmanometrli en kəsiyi daralan qurğular boru kəmərlərində sərfi ölçmək üçündür. Suölçənlər suvarma sistemlərində istifadə olunur, onlarsız su ehtiyatlarından səmərəli istifadə və planlı sudan istifadənin həyata keçirilməsi qeyri-mümkündür. Suvarma sularının sərfləri xüsusi quraşdırılmış hidrometrik məntəqələrdə ölçülür. Magistral kanalın, təsərrüfatlararası, təsərrüfat və sahə kanallarının baş hissələrində, istismar sahələrinin sərhədlərində, suqəbuledici, kollektor-drenaj və sutullayıcı şəbəkənin son hissələrində quraşdırılır. Açıq kanallarda sərflərin ölçülməsi üçün müxtəlif tipdə suaşıranlar, qalxana bənzər sipərli suburaxıcılar, suölçən novlar, astanalar, üzgəcli suölçənlər istifadə olunur. Suvarılan torpaqlarda torpaq-meliorativ situasiyanın və hidrogeoloji şəraitlərin monitorinqinin aparılması üçün müşahidə quyularının rejim şəbəkəsi yaradılır. Sistemdə qrunt suları səviyyəsi üzərində müşahidə aparılması üçün quyular rejim sıraları üzrə yerləşdirilir. Rejim sıraları aşağıdakı şərtlərlə layihələndirilir, əgər obyektin sahəsi: 1000 hektara qədərdirsə – 2 sıra (biri-qrunt suları axımı istiqamətində, digəri – perpendikulyar); 1000….3000 hektara – 2-3 sıra; 5000….6000 hektara 3-4 sıra; 5000 hektardan çox olanda – 5 sıradan az olmamaqla, o cümlədən 3 sıra qrunt suları axımı istiqamətində. Sırada müşahidə quyularının yerləşdirilməsi su mənbəyindən və ya magistral kanaldan sistemin yuxarı sərhədi istiqamətində ara məsafələri 50…700 m olmaqla aparılır (birinci 0 m, ikinci -50 m, üçüncü – 100 m, dördüncü – 200 m, beşinci – 300 m, altıncı – 500 m, daha sonra – 700 m-dən bir). Müşahidə quyuları zonasında sahələr ayrılır və bu sahələrdən şorlaşmanın analizi üçün torpaq və minerallığın analizi üçün su nümunələri götürülür. Qrunt suları səviyyəsi üzərində müşahidələr hər dekadada bir dəfə, 10 mm-dən artıq yağıntıdan və suvarmalardan bir gün sonra aparılır. Qrunt suları səviyyəsi üzərində müşahidələrin nəticələri əsasında qrunt sularının bərabər səviyyə xətləri – hidroizogipslər qurulur.[1]
Azərbaycan Respublikasının suvarılan torpaqlarının meliorativ vəziyyətinə nəzarət işləri Hidtogeoloji-Meliorativ Xidmət İdarəsi (HGMXİ) tərəfindən yerinə yetirilir. Azərbaycan Respublikasının suvarılan torpaqlarının meliorativ vəziyyətinə nəzarət etmək məqsədi ilə 1981-ci ildən başlayaraq hər il suvarılan torpaqlarının meliorativ vəziyyətinə dair kadastr hazırlanır və hazırlanmış ilk belə kadastr aşağıdakı massivlər üzrə həyata keçirilmişdir.
Azərbaycan Respublikasının suvarılan torpaqları və rejim-müşahidə quyuları haqqında 1 yanvar 1981-ci il tarixinə olan məlumat:
Massivin adı | Müşahidə aparılan suvarılan sahə, min ha. |
Rejim-müşahidə quyula- rının sayı, ədəd |
---|---|---|
Haxçınan MR | 47,8 | 343 |
Qarabağ (Dağlıq Qarabağ MV daxil olmaqla) |
174,4 | 368 |
Arazboyu | 15,0 | 0 |
Kirovabad (Gəncə)-Qazax | 171,7 | 0 |
Lənkaran- Masallı | 26,0 | 0 |
Şirvan (Muğan -Salyan daxil olmaqla) | 231,1 | 195 2 |
Samur-Abşeron | 141,5 | 57 |
Cəmi | 807,5 | 272 0 |
Respublikamızda rejim-müşahidə şəbəkələrinin, stasionarların və hidroməntəqələrin yaradılması torpaqların (suvarılan və suvarılmayan) meliorativ vəziyyətinə təsirli nəzarətin təşkilinə imkan yaratdı. Belə ki, 1990-cı ildə həmin şəbəkə umumilikdə 1561,6 min ha sahəni əhatə edirdi .
Ölkəmizdə aparılmış meliorasiya və irriqasiya işlərinin inkişafı ilə həmahəng olaraq, suvarılan torpaqların meliorativ vəziyyətinə nəzarət şəbəkəsinin əhatə dairəsi də genişlənmiş və həmin illərdə suvarılan torpaqlarda rejim-müşahidə şəbəkəsi 11 massivi əhatə etmişdir . [1]
Azərbaycan Respublikasının suvarılan torpaqları və rejim-müşahidə quyuları haqqında 1 yanvar 1990-ci il tarixinə olan məlumat:
Massivin adı | Müşahidə aparılan suvarılan sahə |
Rejim-müşahidə quyularının sayı, ədəd |
---|---|---|
Haxçıvan MR | 54,7 | 606 |
Qarabağ (Dağlıq Qarabağ MV daxil olmaqla) |
191,9 | 960 |
Arazboyu | 22,3 | 163 |
Mil | 131,6 | 1135 |
Gəncə-Qazax | 179,8 | 814 |
Lənkaran-Masallı | 37,7 | 518 |
Şirvan | 220,6 | 2684 |
Muğan -Salyan | 289,2 | 3710 |
Samur-Abşeron | 149,5 | 1233 |
Qanıx-Əyrişay | 115,7 | 867 |
Dağlıq rayonlar | 6,5 | 0 |
Cəmi | 1399,5 | 12690 |
Hazırda respublika üzrə suvarılan torpaqlarda yerləşdirilmiş rejim-müşahidə quyularının sayının ərazinin mürəkkəblik dərəcəsindən asılı olaraq, elmi əsaslara söykənən optimallaşdırılması nəticəsində onların sayı indi 8692 ədəd təşkil edir. Mövcud rejim-müşahidə şəbəkəsi 9 suvarma massivi daxil olan 7 regional zonanı əhatə edir .
Azərbaycan Respublikasının suvarılan torpaqlarının və rejim-müşahidə quyuları haqqında 1 yanvar 2015-ci il tarixinə olan məlumat:
Regional zonalar | Müşahidə aparılan suvarılan sahə |
Rejim-müşahidə quyularının sayı, ədəd |
---|---|---|
Muğan-Salyan Regional zona | 196313 | 1782 |
Şirvan Regional zona | 230547 | 2059 |
Şimal Regional zonası üzrə | 156572 | 686 |
Qanıx-Əyriçay Regional zona | 116256 | 590 |
Qərb regional zonası üzrə | 182657 | 863 |
Cənub Regional zona | 71445 | 536 |
Mil-Qarabağ Regional zona | 364496 | 2176 |
YEKUN: | 1318286 | 8692 |
HGMXİ tərəfindən 2014-cü il ərzində regional zonalarda aparılmış çöl-tədqiqat işlərinin hesabatlarının müasir texniki imkanlara uyğun şəkildə (online qaydasında) tərtibi işi təşkil edilmişdir. İdarədə yeni texniki vasitələrlə təchiz edilmiş hidrogeoloji-meliorativ məlumatların hazırlanması və İnnovasiya Mərkəzində yaradılmış internet portalında çöl-müşahidə məlumatlarının operativ toplanılması təşkil olunmuş, bu qayda ilə daxil olmuş məlumatların əsasında rayonlar üzrə suvarılan torpaqlarda yeraltı suların yatma dərinliyi, qrunt sularının minerallaşma dərəcəsi, torpağın şorlaşması və hidrogeolojimeliorativ vəziyyəti xəritələrinin tərtibatı üzərində işlərin əhatə dairəsi genişləndirilmiş və bu istiqamətdə işlər hazırda da davam etdirilir. Əvvəllər kameral işlərin yerinə yetirilməsi dövründə xəritələrin işlənilməsi, rənglənməsi əl ilə həyata keçirilirdisə, indi ən son texnologiyanın gücündən istifadə etməklə yerinə yetirilir. Respublikanın suvarılan torpaqları əraziyə görə 9 suvarma massivinə, dağ rayonları və şəhərlərin suvarılan torpaqlarına bölünərək qiymətləndirilir. Suvarılan torpaqların şorlaşması və şorakətləşməsinin əsas səbəblərindən biri kimi qrunt sularının yatım dərinliyi və onun minerallaşması olduğundan, təkrar şorlaşmanı dəqiqləşdirmək məqsədi ilə bu istiqamətdə tədqiqatlar və ardıcıl müşahidələr aparılmaqdadır. Suvarılan ərazilərin hidrogeoloji-meliorativ vəziyyətinə nəzarət üzrə tədqiqatlarda su obyektləri üzərində hidrometriya işlərinin aparılması əsas yer tutur. Hidrometriya işlərinin aparılmasında əsas məqsəd su mənbələrindən götürülən suların inzibati rayonlar arasında bölüşdürülməsi zamanı ayrı-ayrı suvarma massivlərinin su tələbatının ödənilməsinin və ərazinin ümumi su-duz balansının təyinindən, suvarma sularının işlədilmədən kollektorlara axıdılmasına və sairə işlərə nəzarət etməkdən ibarətdir. Bunun ücün kanal və kollektorlar üzərində (əvvəlində, lazımi məntəqəsində və sonunda), inzibati rayonların ərazisində və sərhədində müşahidə məntəqələri yerləşdirilmiş və həmin məntəqələrdə su səviyyəsi, su sərfi və suyun kimyəvi tərkibi üzərində müşahidələr aparılır. HGMXİ mütəxəssisləri tərəfindən hazırda Saatlı rayonu ərazisində Sol sahil və digər kanalı üzərində suyun sərfinin avtomatik ölçülməsi və mobil rabitə vasitəsi ilə ölçmə nəticələrinin gün ərzində müəyyən intervallarla bazaya ötürülməsi və bazada konkret proqram əsasında kanalda su sərfinin insan əli dəymədən təyin edilməsi istiqamətində işlər davam etdirilmişdir.