Çüxur, çökəklik və daimi ( və ya çoxillik) donuşluq sahələrində , nüvə hissəsi kümbəzvari buz kütləsindən ibarət olan, səthi mineral qrunt( 1,5m-dən artıq) və torf layı (0,5--1,0m) ilə örtülü, çoxillik qabarma təpəciklərinə deyilir. Hidrolakkolitlər əksər hallarda yastı zirvəyə və asimmetrik yamaclara malik olub, hündürlüyü 50m-ə , eni 200-300m-ə çatır. Hidrolakkolitlər Yakutyada, Zabaykalyedə, Taymırda, Şimalı Uralda, Şimalı Amerikada geniş yayılmışdır. Hidrolakkolitlərə Yakutiyada "bolqunyax", Şimalı Amerikada " Pinqo" deyilir.[1]