Hidromaqnezit

Hidromaqnezit Mg5 [CO3]4 (OH)2 · 4 H2O — monoklinik, psevdorombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.

Hidromaqnezit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Mg₅(CO₃)₄(OH)₂·4H₂O
Strunz təsnifatı Vb/D.01[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəng – qar kimi ağ, rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – kristallarda – şüşə, qabıqlarda – torpaqvarı; əllə toxunduqda yağlıdır; Şəffaflıq – yarımşəffaf, işıqkeçirən; Sıxlıq – 2,1-2,3; Sərtlik – 3,5; Ayrılma – {010} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, nadir hallarda qabıqvarı; Morfologiya – kristallar: xırda məsaməli iynəvari, vərəqvari; İkiləşmə: {100} üzrə polisintetik; Mineral aqreqatları: bütöv, təbaşirəoxşar, radial-lifli kütlələr, qabıqlar.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Hiperbazitlərin aşınma məhsulu olub, damarcıq və qabıq şəklində serpentinitlər üzrə inkişaf edir. Mineralın brusitin dəyişilməsi ilə əlaqədar olan tapıntıları periklazlı mərmərlərdə qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: brusit, kalsit, dolomit, opal və b. Mineralın tapıldığı yerlər: Kraubat (Avstriya); Şariar (İran); Xaranqon (Tacikistan) və b. Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının ultraəsasi süxurlarının aşınma qabığında və Göydərə xromit yatağında aşkar edilmişdir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]