Hidrostatik təzyiq

Hidrostatik təzyiq - sükunətdəki mayenin olduğu qabın dibinə və divarlarına göstərdiyi təzyiqə deyilir. Hidrostatik təzyiq mayenin sıxlığı və maye sütununun hündürlüyü ilə düz mütənasibdir, p ilə işarə olunur. p=ρgh, burada ρ - mayenin sıxlığı, g -qravitasiya sahəsinin intensivliyi, h - maye sütununun hündürlüyüdür. Qabın divarına mayenin göstərdiyi təzyiqdə həmin düsturla hesablanır. Lakin divarın hər yerində təzyiq eyni olmayıb, dərinliyin artması ilə artır.divara göstərilən orta təzyiq =pgh/2 dir.

  • M.Murquzov və b. Fizika. VII sinif üçün dərslik.