Hikmət Sabiroğlu

Zeynalov Hikmət Sabir oğlu (Hikmət Sabiroğlu) — jurnalist.

Hikmət Sabiroğlu
Doğum tarixi (57 yaş)
Doğum yeri Şuşa
Həyat yoldaşı Vəsilə Vahidqızı
Milliyyəti azərbaycanlı
Fəaliyyəti jurnalist

Həyatı[redaktə | mənbəni redaktə et]

Hikmət Sabiroğlu 1966-cı il yanvarın 1-də Şuşa şəhərində doğulub.

1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

"Azadlıq" qəzetində (müxbir, şöbə müdiri, redaktor müavini), "Press-fakt" qəzetində (müxbir), "Avropa" qəzetində (baş redaktor müavini), "III Sektor" jurnalında (redaktor), Mediaforum.az saytında (baş redaktor müavini) çalışıb, Transparency.az/cnews səhifəsinin redaktoru olub.

Novator.az saytının baş redaktor müavinidir.

2007-ci ildə çapdan çıxmış "Qarabağ söhbətləri" kitabının müəllifidir. Hikmət Sabiroğlu "Qarabağ söhbətləri"ndə Qarabağın azad və abad günlərindəki yaşantılarını, uşaqlıq və yeniyetməlik çağlarının xatirələrini, Qarabağ müharibəsi, 1980-1990-cı illərdə - milli azadlıq hərəkatı dönəmində şahidi olduğu hadisələri qələmə alıb.

Ailəlidir, 1 oğlu var.