Hilal Məmməd oğlu Əsədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri (1971–1977)
Hilal Əsədov | |
---|---|
2 iyul 1971 – 2 dekabr 1977 | |
Əvvəlki | Mikayıl Allahverdiyev |
Sonrakı | Abdulla Qədirov |
30 mart 1963 – 30 sentyabr 1963 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1908 |
Partiya | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
|
|
Təltifləri |
Hilal Məmməd oğlu Əsədov 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.[1]
1931–1957-ci illərdə neft sənayesi sahəsində müxtəlif vəzifələrdə mühəndis, mədən müdiri, bir sıra nextçıxarma trestlərində baş mühəndis, müdir, eləcə də Azərbaycan SSR neft sənayesi nazirinin müavini olmuşdur. 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komissiyası (Komitəsi) sədrinin müavini, 1963-cü ildən isə birinci müavini vəzifələrində çalışmışdır. 1971-ci ilin iyul ayında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.[2][3] 1977-ci ilin dekabr ayında təqaüdə çıxanadək bu vəzifədə işləmişdir.[4]
Hilal Əsədov Azərbaycan Ticarət Palatası Rəyasət Heyətinin sədri, Azərbaycan Elm-Texnika Cəmiyyətləri Şurasının sədri olmuşdur.[1] O, 7–9-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.[5]