Himbalar

HimbalarXVXVI əsrlərdə Botsvanadan gələn və Şimali-qərbi Namibiyada qalaraq ovçuluqtoplayıcılıqla məşğul qəbilə.

Himbalar şimal Namibiyada Kunene (qədim Kaokoland) ərazisində yaşayan 20.000 ilə 50.000 nüfuslu bir qrup. Köçəri bir topluluq olan Himbalar, Hererolarla da qohumdurlar və bənzər bir dili danışırlar.

Qarşıdurmalar və misioner fəaliyətləri yaşam tərzlərinin üzərində də təsir göstərmişdir. Anladıldığına görə; “Hereroların yaşam tərzı üzərindəki təsirləri və Namaslarla olan qarşıdurmaları səbəbiylə, Hərərolardan fərqli oldular. Əslində Hərəroların qərblilər bənzəri libas geyməsinə, kişilərinin Herero qadınlarının döşlərini görərək onları arzulamasından qorxan Alman qadınları da önayak olmuşdu. Beləcə Hererolar, qısa müddət içində Hererotracht adı verilən, Viktorya modası uzun libaslar geyməyə başladılar. Ayrıca xristianlaşdırılan Hererolar, animist qalan Himbaları xor görməyə başladılar.”

Himbalar, uzun sürən quraqlıq, və iç çatışma yaşamlarını da hüzursuz etmişdir. Alman müstəmləkəsinin soyqırım siyasətində, 1904-cü ildə Lothar von Trotha başçılığında da iç savaş oldu. Bu dönəmdə, bir çox Himba qonşu Anqolaya sığındı. Burada da Portuqaliya müstəmləkə idarəsinin əmrində yağmaçılıq etməyə başladılar. 1920-ci illərdə Namibiyanı yetmiş il boyunca öz idarəsi altına alacaq olan Cənubi Afrika Respublikası Himbalara bir qoruma sahəsi ayırdı.

Kişilərin işi malları otarmaqdir. Gənc kişilər heyvanların qarınını doyurmaqla maraqlanarkən qadın və uşaq yaşlılarla birlikdə gündəlik işlərlə məşğul olurlar.

Yaşadıqları bölgənin çətin çöl şərtləri və xarici dünyadan təcrid olmaqları sayəsində Himbalar ənənəvi həyat tərzlərini böyük ölçüdə qoruya bilmişlər. Qəbilə üzvləri həm ana həm də ata tərəfinin ailələrinə daxil olur. Bu cüt ailəli nizam, çətin iqlim şərtlərinə qarşı döyüşmələrini təmin edir. Bu nizamda hər qəbilə üzvü ana və ata tərəfindən olmaq üzrə iki tayfa üzvdür. Himba tayfaları, ən yaşlı kişi tərəfindən idarə edilir. Bu cüt ailə üzvü, dünya üzərində yalnız Qərbi Afrika, Hindistan, Avstraliya, Melaneziya və Polinezyadaki məhdud sayda birlikdə görülür.

Kişi uşaqlar atalarının tayfalarında yaşar, qızlar evlənincə kişi tərəfinin tayfasına keçər. Ancaq varislik, ata tərəfinin deyil, ana tərəfinin nəslini izlər. Məsələn bir kişi, atasının deyil, dayısının keçilərini miras alır. Himbalar keçi və inək yetişdirər. Əmək istəyən işlərin çoxunu qadınlar edər: inəkləri sağmak, kəndə su daşımaq, ev inşa etmək, uşaqlara baxmaq kimi.

Oğlan uşaqları atalarının tayfasında yaşayır, qızlar evlənəndə kişi tərəfinin tayfasına keçir. Ancaq vərəsəlik, ata tərəfindən deyil, ana tərəfinin nəslinin nümayəndələrinə şamil edilir. Məsələn bir oğlana atasının deyil, dayısının keçiləri miras qalır.

Himba qadını

Himbalar çox az geyim geyərlər, əsasən çılpaq gəzərlər. Ancaq qadınlar günəşdən qorunmak üçün kərəyağı, aşı boyası və bitkilərdən bir cür günəş kremi hazırlayaraq vücudlarına sürtərlər.

Himba qadınları üçün bəzənmək çox əhəmiyyətlidir. Hər səhər etdikləri bir makiyajları var. Otjite deyilən bu bəzək makiyajı keçi yağı, otlar və qırmızı boyayla hazırlanır. Qadınların dərilərinin qırmızıya dönməsinə səbəb olan bu qarışıq, onları günəşdən qoruyur. Ən əhəmiyyətli təsiri isə ağcaqanadları uzaq tutmasıdir. Qadınlar bunları bədənlərinə olduğu qədər saçlarına da sürürlər.

Qadınlar bəzəkləri olan otjizelerini sürdükdən sonra gündəlik yemək işləri ilə maraqlanarlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]