İsrail–Hindistan — İsrail Respublikası və Hindistan arasındakı mövcud müasir və tarixi ikitərəfli siyasi, mədəni, iqtisadi, hərbi və s. əlaqələr[1].
İsrail–Hindistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Hindistan İsrailin qurulmasından bir il əvvəl, 1947-ci ildə Böyük Britaniya imperiyasından müstəqillik əldə etdi. 1947-ci ildə Hindistan BMT-nin Fələstin üzrə Komissiyasına qatıldı. İran və Yuqoslaviya ilə birlikdə federal ikimilli (ərəb-yəhudi) dövlətin yaradılmasını müdafiə etdi, lakin komissiyanın əksəriyyəti başqa bir təklifi dəstəklədi. İki ayrı millət dövləti yaratmaq qərara alındı. Hindistanın irəli sürdüyü plan rədd edildikdən sonra, BMT-də keçirilən səsvermədə bu ölkə Fələstinin bölünməsi ideyasını rədd edən müsəlman və ərəb ölkələrinin mövqeyinə qoşuldu. 1948-ci ilin may ayında İsrail Dövləti yaradıldıqdan sonra Hindistanın Baş naziri Cəvahirləl Nehru Birləşmiş Millətlər Təşkilatının Fələstinin taleyini necə həll etdiyinə hirs və nifrət hissi ilə reaksiya verdi. Onun sözlərinə görə sionistlər BMT-də Hindistanın səsini satın almağa çalışdılar. O dövrdə Hindistanın BMT-dəki səfiri olan Nehrunun bacısı Vijaya Panditə düzgün səs verməsə həyatı təhlükə altına qalacağı söylənilmişdi. Hindistanın 1947-ci ildə BMT-nin Fələstinin bölünməsi planını dəstəkləməməsinə və İsrailin yaradılmasının əleyhinə səs verməsinə baxmayaraq, 1950-ci ildə İsraili De-Yure tanıdı. 1953-cü ildə İsrail ilk konsulu Hindistana gəlir[2].. Lakin diplomatların olmaması və maddi çətinliklər səbəbindən Hindistan hökuməti İsraildə nümayəndəlik açmaq istəmədi. 14 yanvar 2018-ci il tarixində İsrail hökumətinin başçısı Benyamin Netanyahu, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə münasibətilə Hindistana 150 nəfərlik nümayəndə heyəti ilə beşgünlük səfər təşkil etmişdir. Benjamin Netanyahu Hindistanın baş naziri Narendra Modi və xarici işlər naziri Suşma Svarac ilə görüşür. İsrail nümayəndə heyətinin Hindistana səfəri Hindistan nümayəndə heyətinin yəhudi dövlətinə oxşar səfərindən altı ay sonra olmuşdur[3].
26 iyun 2018-ci ildə Hindistanın Qucarat ştatının baş naziri Vicay Rupani İsrailə altı günlük səfərə gəlir. İsrailin su idarəetməsi ilə tanış olur, hökumət rəsmiləri, su idarəetməsi və kənd təsərrüfatı texnologiyaları sahəsindəki şirkətlərin nümayəndələri ilə görüşür[4].
İsrail ordusunda xidmət edən gənclərin hər il 35.000 nəfəri Hindistan səfər edir[5]. 2007-ci ildə Hindistanı ziyarət edən İsrail turistlərinin sayı 65.000-ə yüksəlmişdir. Onlar Himalayı, Manali, Naqqar, Kasol kimi yaşayış məntəqələrini və Caramsala şəhərinin ətrafında yerləşən kəndləri ziyarət edirlər. Bu zaman hətta dükanlarda və ictimai nəqliyyatda ibrani dilində yazılar peyda olur. 2010-cu ildə Hindistan Asiyanın İsrail vətəndaşları üçün ən cəlbedici ölkə olaraq Koreyanı əvəz edir. Bu səbəbdən Hindistanda İsrail Turizm Nazirliyinin nümayəndəliyi açılır[6]. Hindistandan gələn turistlər İsraili ziyarət edən ən böyük turist qrupunu təşkil edir[7]. 2010-cu ilin birinci yarısının statistikası göstərdi ki, israilli orta turist 1091 dollar, hindistanlı turist isə 1364 dollar xərcləyirref>"India passes Korea as top Asian source of incoming tourism". // www.globes.co.il. İstifadə tarixi: 2011-08-25.</ref>.