Hindistan–Myanma münasibətləri — Hindistan ilə Myanma arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında ilk dipolomatik əlaqələr 1948-ci ildə qurulmuşdur. 1993-cü ildən isə iki ölkə arasında münasibətlər normallaşmağa başlamışdır. Buna səbəb isə narkotiklərin qanunsuz dövriyyəsi, demokratiyanın boğulması və hərbi xuntanın ali hakimiyyəti nəticəsində yaranan gərginliyin aradan qalxması olmuşdur. Myanma Hindistanın Mizoran, Manipur, Naqalend və Arunaçal-Pradeş ştatlarından cənubda yerləşir. Ərazi baxımından Hindistanən Cənub-Şərqi Asiya bazarına aşılan yeganə quru yoludur[1][2]. İki ölkə arasəında dövlət sərhəddinin uzunluğu 1463 km[3] təşkil edir.
Hindistan–Myanma münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Hindistan Myanma ilə qədim tarixi əlaqələrə sahibdir. Hər iki ölkə Britaniya Hindistanının bir parçası olmuşdur. Hər iki ölkə BRitaniya imperiyasının bir parçası olsa da ancaq 1937-coi iuldə Britaniya Hindistanından ayrılmışdır. 1948-ci ildə Hindistan Myanma ilə ilk diplomatik əlaqələr qurmuşdur. Bu iki ölkə arasında uzun illər ərzində mehriban qonşuluq münasibətləri hökm sürmüşdür. Bunu labüt edən faktorlar Mynmanın vaxtı ilə Hindistanın bir parşası olması, dini baxımdan yaxınlıq və Myamnmada yaşayan böyük saylı hind icmasıdır. Hindistan Myanmaya regional üsyanların yatırılmasında böyük köməklik göstərmişdir. 1962-ci ildə Myanmada demokratik qüvvələır hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra iki ölkə arasında münsibətlər pisləşir. Hindistan dünya ictimaiyyəti kimi Birmada hərbiçilərin hakimiyyətə gəlməsini qəti şəkildə pisləmişdir. Bundan sonra Myanma hind icmasını ölkədən qovmuş və dünyadan təcrid siyasəti yeritməyə başlamışdır[4]. Ancaq Çin mynmanı dəstəkləməkdə davam etmişdir. Hindistan isə demokratik qüvvələrin dəstəklənməsi xəttini tuitmuşdur[2][5][6].
1987-ci ildə iki ölkə arasında münasibətlərdə sıçrayış baş verir. Bu zaman Hindistanın baş naziri Raciv Qandi Myanmanı ziyarət edir. ancaq 1988-ci ildə dinc nümayişin silahlı xunta tərəfindən boğulmasından sonra Hindistana birmalı qaşqınların axının səbənb olur. Bundanm sonra iki ölkə arasında münasibətlər yenidsən korlanır[7]. 1993-cü ildə Hindistanın baş nazirləri Narasimxa Rao və Atal Bixari vacapi Myanma ilə xöş münasibətlər qurmaq xətti tuturlar. Buna səbəb isə Çinin Cənub-Şərqi Asiyada artan nüfuzunu önləmək məqsədi ilə edilir[8][9]
Hindistan Myanma ixracatının əhəmiyyətli hissəsini təşkil edir. 2000-ci ildə Hindistana 220 mln dollar dəyərində malı satılmışdır. Halbu ki, əks istiqamətdə cəmi 75 milyon 360 min dollar dərərində mal ixrac edilib. Hindistan Myanmanın Tayland, Çin və Sinqapurdan sonra ən böyük iqtisadi tərəfdaşıdır[10]. hinmdistan həmcinin bu ölkə üçün ort səviyyəli idxal ölkəsidir. 2006-cı ildə Hindistan və myanma iki tərəfli iqtisadi əlaqələrin həcmini 1 mlrd dollara çatdırmağı qarşılarına məqsəd olaraq qoymuşlar. Hindistan hökuməti Myanma ilə quru, dəniz və hava əlaqələrini möhkəmləndirməyi düşünür. İqtisadi anlamda iki ölkə əlaqələri durmadan sürətlə inkişaf edir. Onlar kənd təsərrüfatı, telekomunikasiya, informasiya texnologiyaları, dəmir, neft təbii qaz, yeyinti sahələrində əməkdaşlıq etməyi üzərilərinə götürmüşlər. 1994-cü ildən sərhəd yanı ərazilərdə ticarətin inkişafı artır.