Hindistan-Nepal münasibətləri — Hindistan və Nepal arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 1690 km[1] təşkil edir. 1950-ci ildə Hindistan-Nepal arasında sülh və dostluq haqqında müqavilə imzalanır. Bura mehriban qonşuluq və iki tərəfli ticarət əlaqələrini əks etdirən müddüalar daxildir. Bu anlaşma iki ölkə arasında xüsusi münasibətlər meydana gətirmişdir. İki ölkənin vətəndaşları viza almadan dövlət sərhəddini keçmək və bu iki ölkədən birində sərbəst şəkildə yaşamaq və işləmək hüququ əldə edir.
Hindistan–Nepal münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
1950-ci ildə iki ölkə arasında isti münasibətlər meydana gəlir. Bu dövrdən sonra Hindistanda işləyən nepallıların sayı durmadan ardır. Bununlada Hindistan Nepal iqtisadiyyatımndfa böyük rol oynamağa başlayır. Bu isə nepal hakimiyyətini narahat etmiyə bilmirdi. 1970-ci illərdə iki ölkə arsında münasibətlərin ən kritik döpnəmi yaşanılırdı. Sikkimin Hindistana birləşdirilməsi Nepal tərəfindən pislənilmişdir. 1975-ci ildə Nepal kralı Birendra ölkəni beynəlxalq miqyasda sülh zonası elan edilməsinə cəhd göstərir. Bu fikir Çin və Pakistan tərəfindən dəstəklənir. Ancaq Hindistan buna heç bir reaksiya vermir. 1984-cü ildə Nepal bu fikiri yenidən ortaya atır. Hindistan nöbvəti dəfədə buna münasibət bildirmir. Nepalın bu fikri 112 ölkə tərəfindən dəstəklənilir. Ölkə bütün sityasi istiqamətlərində neytrallıq xəttini götürür.
1978-ci ildə Himndistan Nepal tərəfinin narazılıqlarını nəzərtə alaraq ayrıca ticarət və tranzit müqaviləsi imzalayır. 1988-ci ildə müqavilənin müddəti başa çatdıqdan sonra Nepal Hindistanla yeni vahid ticarət və tranzot müqaviləsi imzalamaqdan imtina edir. Bu etiraz iki ölkəö arasında ciddi böhrana səbəb olur. 23 mart 1989-cu ildə iki tərəfli müqavilənin müqddəti bitiyi anda Hindistan Nepala iqtisadi klokada tətbiq edir. Blokada 1990-cı ilin aprelinə qədər davam etmişdir. Əslində iki ölkə arsında münsibətlərin korlanmsına səbəb iqtisadi faktor olsa da Hindistan 1988-ci ildə Nepalın Çin istehsalı silahlar almasını önə çəkir. İqtisadi cəhətdən ölkədə vəziyyət pisləşdiyindən Nepal müəyyən güzəştlərə getmək məcvuriyyətində qalır. Belə ki, ölkədə hökumət dəyişikliyi baş verir. Bundan sonra yeni hökumət münasibətləri yaxşılaşdırmağa çalışır.
1990-cı ilin iyununda Nyu-Dehli və Katmandu arasında yenidən yaxşı münasibətlər bərpa edilir. Bu əsasən Nepalın baş naziri Krişna Pasad Bhattarai və Hindistanın baş naziri Vişnavat Pratap Sinqx arasındakı görüşdən sonra baş verir. 1991-ci ilin dekabrında Nepalın baş naziri Qrinça Prasad Koirala Hindistana rəsmi səfər təşkil edir. Burada iki ölkə arasında ayrılca ticarət və tranzit müqavilələri imzalanır.
1995-ci ilin aprelındə Nepal baş naziri Man Mohan Adhiraki Nyu-Dehlini ziyarət edərkən 1950-ci ildə imzalanmış müqavilənin bəzi müddüalarına \dəyişiklik ettməsini istəyir. Burada hədəf ölkəyə daha çox iqtisadi azadlıqların qazandırılması olur. Üstəlik bununlada Çinlə əlaqələrin inkişaf etdiriməsinə çalışır.
XXI əsrdə Nepal dünyanın ən kasıb ölkələrindən biri olaraq qalır. Hindistan nisə sürətli iqtisadi sıçrayışça nail olmuşdur. 2005-ci ildə Nepal baş naziri Qyanendra səbəbindən iki ölkə arasında münasibətlər pisləşir. 2008-ci ildə isə yeni nazır Praçandra Hindistana səfər təşkil edərək Nepalda demokratiyanı dəstəkləməsini və ölkəniun infrastrukutunu yenuləməkdə onlara yardım etməsini xaiş edir. Elə bu ildəcə iki ölkə Kosi çayında istifadə haqqında nalşma imzalayırlar[2][3][4]. 2010-cu ildə Hindistan Nepala 50 milyon dəyərində kredit ayırır. Üstəlik ölkəyə 80 000 ton taxıl tədarük edir[5]. hindistan Nepalda sülhün qaratı olmasını üzərinə götürü. Hindistanın xarici işlər naziri Pranab Mukerci Nepalın baş naziri Praçandraya iqtisadi və siyasi dəstək verdiklərini bəyan edir[6].
2010-cu illərdə Nepal daxilində Maoizm hərəkatı geniş vüsət alır. Çinin Nepala iqtisadi və siyasi təsiri artır. Bundan sonra Nepal tədricən Hindistanla arasında aralanma müşahidə edilir[7][8][9][10].