Hindistan Prezidenti və ya Raştrapati — Hindistan Respublikasının dövlət başçısı, Hindistanın birinci vətəndaşı, həmçinin Hindistan Silahlı Qüvvələrinin ali baş komandanı[1].
Hindistan Prezidenti | |
---|---|
राष्ट्रपति | |
Vəzifədədir Draupadi Murmu | |
Başçılıq edir | Hindistan |
Vəzifənin təsis tarixi | 26 yanvar 1950 |
Rəsmi saytı |
presidentofindia.gov.in presidentofindia.gov.in/… editorialshindi.in/power… |
Vikianbarda əlaqəli mediafayllar |
Hindistanın Prezidenti parlamentarlar və ştat nümayəndələrindən ibarət Elektoral Kollegiya tərəfindən 5 il müddətinə seçilir[2][3][4].. Hindistan Konstitusiyasına əsasən Prezident nəzəri cəhətdən mühüm əhəmiyyətli səlahiyyətlərə: ştatların qanunverici məclislərini buraxmaq, ştatların hökumətlərini ləğv etmək və onların yerinə Prezident üsul-idarəsi tətbiq etmək (ştatların idarəsi qubernatorların ixtiyarına keçir) səlahiyyətlərinə malikdir. Lakin əməli olaraq hakimiyyət başçısı səlahiyyətlərinin əksəriyyəti Baş nazirın başçılıq etdiyi Hindistan hökuməti tərəfindən həyata keçirilir. Prezidentin icra etdiyi vəzifələrin əsas hissəsini formal şəkildə hökumət qərarlarının təsdiq edilməsi təşkil edir. Bir sıra hallarda o, məhkumların bağışlanması hüququna da malikdir[5].
The President shall be elected by the members of an electoral college
The President shall hold office for a term of five years from the date on which he enters upon his office