Hirkan şaxduranı

Hirkan şaxduranı (lat. Alchemilla hyrcana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaxduran cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqazın endemik növüdür.

Hirkan şaxduranı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası[redaktə | mənbəni redaktə et]

Çoxillik boz-yaşıl, ot bitkisidir. Gövdə 12-35 sm-ə qədər hündürlükdə, uzun saplaqlı, kökyanı yarpaqlıdır. Kökyanı yarpaqları iri deyil, böyrəkvari, 1-3,4 sm uzunluğunda, 1,5-5 sm enində, hamar, 7-9 qısa, qövsvari və ya yarımdairəvi bölümlü, aydın kəsilmiş aralarında 4-7 xırda-yumurtavari, küt dişiciklidir. Gövdə yarpaqları böyük deyil. Çiçək qrupu ensiz, azçiçəkli, budaqlı, çiçəklər boş yumurtacıqlı, 1,5-3 mm uzunluğunda və enindədir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə iyun, meyvələməsi iyul aylarına təsadüf edir. Çoxalması toxumladır. Quraqlıq çəmənlərində bitir. Kriptofitdir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Lənkəranın dağlıq hissəsi (Hamarat kəndi).

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Yayılma sahəsinin məhdud olması və əhali tərəfindən mal-qaranın otarılması.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur. Yeni yayılma sahələri axtarılmalıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]