Hirkan bikəvəri

Hirkan bikəvəri (lat. Ruscus hyrcana ), bikəvərkimilər (Ruscaceae) fəsiləsindən bitki növü.

Nadir relikt növdür. Astara rayonu (Diqoh, Maşhan, Təngərüd kəndləri), Lənkəran rayonu (Alekseyevka və Xanbulan kəndləri). Azərbaycandan kənarda – Krım, Şimali İranda – Xəzər dənizin ətrafında yayılmışdır. Bitdiyi yer. Hirkan dəmirağacı meşələri kolluqlarında, Əsasən aşağı dağlıq qurşağın dağ çayları dərələrində, vadilərində, gilli-sarı az gilli torpaqlarda bitir. Ehtiyatı azdır. Kiçik qruplar şəklində rast gəlir, qapalı yarus yaratmır.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Toxumla çoxalır. Çox gec bərpa olur.

Ehtiyatının dəyişilmə səbəbləri[redaktə | mənbəni redaktə et]

Bitdiyi ərazinin kənd təsərrüfatı üçün istifadəsi. Səliqəsiz qırılıb buket və əklil düzəldilməsi.

Becərilməsi[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.

Qəbul edilmiş qorunma tədbirləri[redaktə | mənbəni redaktə et]

Hirkan qoruğunda mühafizə edilir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan SSR-in Qırmızı kitabı, 1989

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]