İranda təbii arealı vardır.
Hirkan pırkalı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Hirkan pırkalı |
||||
Beynəlxalq elmi adı | ||||
|
Lerik, Lənkəran, Masallı ilə Yardımlı arasında olan Viləşçay vadisində, Yuxarı Qarabağda və Daşaltı meşələrində rast gəlinir.
Nəsli kəsilmək təhlükəsində olan relikt növdür. CR A1ab; B1bc (iii,iv).
Enliyarpaqlı meşələrin alt yarusunda daha çox rast gəlinir.
Arealı geniş deyildir.
Həmişəyaşıl, yarpaqları növbəli düzülüşlü, ağac və ya koldur. İki və ya birevli bitkidir. Budaqlarının qabığı ağımtıl-bozdur, zoğları qonurumtuldur, qısa tüklüdür. Yarpaqları 2-7 sm uzunluqda, 1-3 sm enində olur, həmişəyaşıl, dərivarı, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir. Damarların toru yarpağın üst hissəsində aydın nəzərə çarpır, yan damarlar 4-6 cütdür. Yarpaq saplaqları qısa olub, 5–6 mm uzunluqdadır. Çiçəkləri bir və ya ikicinsli, xırda, yaşılımtıl-ağ, 4-5 üzvlüdür. Yumurtalığı üst, 4-5, çox yuvalıdır. Meyvəsi 2-4 (bəzən 9) çəyirdəkli olub, bərk və yağlıdır. Meyvəsi qırmızıdır, 7–9 mm uzunluğunda, 6–7 mm enindədir. Çəyirdəkləri ensiz, güclü görünən qabırğacıqlı və yan tərəfdən tillidir. May ayında çiçəkləyir, sentyabr-oktyabrda meyvəsi yetişir.
Təbiətdə əsasən vegetativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyəti və toxum keyfiyyətinin aşağı olmasdır.
Mədəni halda becərilir.
Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmiş, milli park və dövlət qoruqlarında qorunur.
Yasaqlıqların yaradılması vacibdir.
http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine