Hirkan quş südü

Hirkan quş südü - (lat. Ornithogalum hyrcanum Grossh.). Hiasintkimilər— (Hyacinthaceae Batsch.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet endemik növüdür.

Regional IUCN Status-VU D2.[1][2][3]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanağı yumurtvari, 1 sm enində, 2 sm uzunluğundadır. Gövdənin hündürlüyü 12-20 (26) sm-dir. Yarpaqları 2-4 (6) ədəd, enli, xətvari 5-12 (15) mm enində, ucu sivri, gövdədən uzundur. Çiçəkləri 2-4 96) ədəd, sıx ovaldır. Çiçəkatlığı lansetvari və ya yumurtavari, uzunsov, arxa tərəfində açıq –yaşıl rəngdə enli zolağı var, kənarları parlaqdır. Çiçəkləri topa şəklində yerləşir. Erkəkcik sapı ensiz, çiçəkyanlığının ortasına çatır. Sütuncuq yumurtalıqdan qısadır. Qutucuq qanadsız, bərabər qabırğalıdır [1][2][4][5]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgəlmə dövrü may -iyun aylarına təsadüf edir. Kserofit, duzadavamlı soğanaqla çoxalır. Orta dağ qurşağında, meşələrdə müxtəlifotlu qruplaşmalar əmələ gətirir.[1][2][5][6]

Yayılması[redaktə | mənbəni redaktə et]

Lənkəranın dağlıq hissəsində [1][2][5][6][7][8]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyalarının sayı azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.[1][2][8]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Hal-hazırda populyasiyanın sabitliyinə baxmayaraq əhali tərəfindən yığılması və biçilməsi təhlükə yarada bilər.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  2. 1 2 3 4 5 "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.
  3. Schtaz G., Shulkina T., Solomon J., 2013
  4. Гроссгейм А.А., 1940
  5. 1 2 3 Флора Азербайджана, 1952
  6. 1 2 Qaraxani P.X., 2002
  7. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
  8. 1 2 Tərtibçilərin məlumatları