Bu məqalə qaralama halındadır. |
His(duda) — Qeyri-nəzarətolmayan şəraitdə karbohidrogenlərin natamam yanmasından və ya termiki parçalanmasından əmələ qələn amorf karbona his deyilir. Əsasən, şin və rezin-texniki sənayedə (hisin istehsalının dörddə üçü) tətbiq olunur. Poliqrafik və lakboya sənayesində, qara metallurgiyada, elektrotexniki sənayedə onu iri miqdarda qara boyanın hazırlanmasında istifadə edirlər. Fransada, II Karlın hakimiyyətində hisdən istifadə etməklə çəkmə boyası-vaksinin hazırlayırdılar. Rezinin və digər plastik kütlələrin doldurulmasında sənaye miqyasında alınan texniki karbona hərdən çox dəqiq olmayan “his” termiki kimi də adlandırırlar.“His” piqmenti olan qara boya (ən çox bədii) qazlı his adlanır.
Alınma üsuluna görə his 3 qrupa bölünür: kanallı, sobalı və termiki.
His (duda) ağ ciyər üçün qorxulu olan hissəcik kateqoriyasına aiddir, ona görə ki, diametri 5 mikrondan az olan hissəcik yuxarı tənəffüs yollarında filtrləşmir, süzülmür. Dizel mühərriklərindən çıxan və əsasən hisdən ibarət olan tüstü daha çox təhlükəlidi-onların hissəcikləri kansoregen xassələrə malikdir (qəbul olunmuşdur ki, his diqər maşından ayrılan qazlar kimi kansoregendir, amma bu sübut olunmayıb).