Bu məqaləni vikiləşdirmək lazımdır. |
Histonlar – sadə züllaların bir növüdür. Yunanca ″histos″- toxuma deməkdir. Histonlar toxuma zülalı kimi çoxhüceyrəli orqanizmin DNT xromatidlərində olur. Onların molekul kütləsi 11400–24000 arasında dəyişir. Elektrokimyəvi nöqteyi-nəzərdən onlar əsasi xassəlidir. Histonabənzər zülallar hüceyrənin ribosomlarında olur.
Histonların iki əsas funksiyası var: quruluş və nizamlayıcı. Quruluş funksiyası: onlar DNT-nin fəza quruluşunun stabilləşməsində iştirak edir. Nizamlayıcı funksiya irsi məlumatların DNT-dən RNT-yə verilməsini təmin etmək qabiliyyətilə əlaqədardır.
Histonlar H1, H2a, H2b, H3, H4, H5 tipində olur.