Hokusay

Katsuşika Hokusay (葛飾 北斎?, 31 oktyabr 1760[2][3]10 may 1849[4][3][…], Asakusa[d], Edo[d])yapon ukiyo-e rəssamı, illüstrator, oymaçı. Əsl adı Tokitarodur, ən məşhur təxəllüsü "Hokusay" yapon dilindən tərcümədə "şimal studiyası" deməkdir.[5]

Hokusay
葛飾 北斎
avtoportreti (1849).
avtoportreti (1849).
Doğum tarixi
Doğum yeri Edo (indiki Tokio)
Vəfat tarixi
Vəfat yeri Edo (indiki Tokio)
Həyat yoldaşları
  • bilinmir (–1790),
  • bilinmir (1797–)
Fəaliyyəti rəssam, ksiloqraf[d], illüstrasiyaçı[d], incəsənət xadimi, qrafika ustası[d], rəssam-qravürçü[d], dizayner, memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı, boyakar[d]
Janrlar ukiyo-e[1], portret[1]
Stil ukiyo-e
Tələbələri II Katsuşika Tayto[d], Yaşima Qakutey[d], Numata Qessay[d]
Təsir edib impressionizm
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hokusay antologiyalar, erotik kitablar, rəsm albomları, əllə rənglənən kitablar və tarixi romanlar kimi bir çox fərqli növdə iş hazırlamışdır.[5] Əsərlərinin böyük hissəsini 60 yaşından sonra çəkmişdir.[5] O, Asiya tərzi iki ölçülü perspektiv anlayışını buraxıb, Qərb tərzində olan rəsmlərdə gördüyü yeni perspektiv texnikasını mənimsəmiş, rəmslərini bu texnika ilə hazırlamağa başlamışdır.[5] Dünyanın qalan hissəsindən izolyasiya olmuş Yaponiyada ənənəvi rəsm texnikasından çox fərqlənən bu yeni rəsm texnikasını dövrün Yaponiyasında inqilabi dəyişiklik kimi görülmüş, Hokusayın Qərb dünyasında tanınmasında rol oynamışdır.[5]

Hokusayın əsərləri Vinsent Van Qoq kimi bir çox sənətkara ilham mənbəyi olmuş, onun 75 yaşında çəkdiyi 3 cildlik "Fuci dağının 100 görünüşü" kitabı Avropa incəsənətində təsir göstərmişdir.[5] Həyatı boyunca 30 mindən çox əsər işləmişdir.[5]

Katsuşika Hokusay 1760-cı ildə Edo şəhərində (indiki Tokio) Katsuşika bölgəsində anadan olmuşdur.[5] Doğum adı Tokitarodur. Altı yaşında güzgü istehsalçısı atasının yanında güzgülərinin ətrafını rəngləyərək rəssamlığa başlayır.[5]

Daha sonra kitabxanada katiblik, bir ağac kəsicisinin yanında şagirdlik edir.[5] 18 yaşında ukiyo-e sənətkarı Katsukava Şunşonun studiyasına qəbul edilir və ustası kimi məhkumlar, gündəlik hadisələr və kabuki aktyorları kimi mövzulara yönəlir.[5] İlk ad dəyişikliyini burada edir. Ustası tərəfindən verilən Şunro adı ilə ilk dəfə 1779-cu ildə bir neçə kabuki aktyorunun rəsmini çəkir.[5]

Hokusay karyerasının ilk illərində uşaqlar üçün oyuncaqlar da hazırlamışdır.[5] Diaroma adlandırlan 3 ölçülü mənzərə modelləri və içində kiçik peyzajların olduğu stol oyunları hazırlayır.[5] 1793-cü ildə ustası Şunşonun ölümündən sonra fransız və holland sənətkarların mis qravüralarından gördüyü Avropa üslubllarını və digər incəsənət üslublarını mənimsəyir.[5] Daha sonra ukiyo-enin ənənəvi mövzusu olan aktyorlardan uzaqlaşır.[5] Bunun əvəzində müxtəlif sosial təbəqələrdən olan yapon xalqının gündəlik həyatının mənzərələrinə diqqətini yönəldir.[5] Bu dəyişiklik ukiyo-e və Hokusayın karyerasında əhəmiyyətli bir andır.[5] "Ryoqoku körpüsündə atəşfəşanlıq" adlı əsəri Hokusayın həyatının bu dövrünə aid rəsm əsəridir.[5]

Ustasının ölümündən sonra ilk həyat yoldaşını itirən Hokusay bir oğlu və bir qızı ilə yaşamağa başlayır.[5] 1797-ci ildə yenidən evlənir və həyatının bu dövründə "şimal studiyası" mənasına gələn və ən çox tanındığı adı "Hokusay" adını götürür.[5] Bu ad dəyişikliyi Hokusayın həyatının ən əhəmiyyətli dövrüdür.[5] Hokusay həyatı boyunca bir çox dəfə ev dəyişdirir (təxminən 93 fərqli ev) və bir çox təxəllüs götürür.[5] Birdən çox təxəllüsdən istifadə etmək dövrün Yaponiya sənətkarları üçün ümumi bir cəhət olsa da, onun təxəllüslərinin sayı digərlərinə nəzərən daha çoxdur.[5] Həyatı boyunca 30-dan çox təxəllüsdən istifadə etmişdir.[6] Bu, Hokusayın üslubundakı dəyişikliklərlə əlaqələndirilir.[5]

1800-cü ilə kimi ukiyo-eni portretdən başqa məqsədlər üçün istifadə etməyə başlayır.[5] Həmin il iki mənzərə kolleksiyasını - "Şərq qapısının məşhur mənzərələri" və "Edonun səkkiz mənzərəsi"ni yayımlayır.[5]

1806-1815-ci illərdə Hokusay yomihon və ya oxuma kitabı adlandırılan, illüstrativ kitab janrına yönəlir.[5] Vaxtının böyük hissəsini yomihonlara ayrırır və yaxşı gəlir əldə edir.[5] Bu zaman üslubunda da dəyişikliklər edir.[5] Ənənəvi ukiyo-e dünyasından uzaqlaşaraq daha güclü fiqurlara yönəlir.[5] Samuraylar, döyüşçülər, əfsanələrdəki canlılar əsərlərinin mövzusu olur.[5]

1811-ci ildə 51 yaşında ikən Hokusay adını dəyişdirib Tayto edir və karyerasında "Hokusay Manqa" adlı yeni dövr başlayır.[5] Hokusay realizmə yönəlmiş bu manqa təsvirlərindən minlərcəsini hazırlayır.[5] Əvvəlcə pul qazanmaq və daha çox şagird cəlb etmək üçün hazırladığı bu eskiz seriyası, daha sonra sənətkarın bir çox üslub kəşfi etməsinə səbəbolur.[5]

Çəkdiyi bu rəsmlər Yaponiyada manqanın ilk böyük ustası olaraq xatırlanmasına səbəb olur və Yaponiyada müasir manqanın ortaya çıxması kimi qeyd olunur.[5] "Hokusay Manqa" başlığı altında toplanan bu işlər daha çox eskiz tərzindədir.[5] Hokusayın kitabı həmin dövrdə Yaponiyada bütün dövrlərdə ən çox satılan kitaba çevrilir.[5] O qədər məşhur olur və o qədər bəyənilir ki, sonrakı 64 il boyunca 14 yeni "Hokusay Manqa" cildi nəşr olunur.[5] Seriyanın son 3 kitabı Hokusayın 1849-cu ildəki ölümündən sonra çapdan çıxır.[5]

Hokusay əsərlərinin ictimai yerlərdə sərgilənməsini sevirdi.[5] Festivallarda 200 kv. metrlik kağızlarda çəkdiyi əfsanəvi personajların nəhəng rəsmləri ilə performans göstərir, müsabiqələrdə qatılırdı.[5]

1820-ci ildə özünə Ritsu adını götürür.[5] 1828-ci ildə ikinci həyat yoldaşını itirən Hokusay bir neçə dəfə iflic olur, nəvəsinin borclarına görə maddi çətinliyə düşür.[5] 1830-cu ildə 70 yaşında ikən məşhur "Kanaqavada böyük dalğa" əsərinin də daxil olduğu "Fuci dağının 36 mənzərəsi" adlı rəsm seriyasına başlayır.[5] "Kanaqavada böyük dalğa" əsəri Hokusayın növbəti nəsillərə də ilham mənbəyi olmasına səbəb olur.[5] Bunlarda biri də Vinsent Van Qoqdur.[5] Van Qoq "Ulduzlu gecə" əsərini çəkərkən "Kanaqavada böyük dalğa" əsərindən ilhamlanmışdır.[5]

1839-cu ildə yanğın nəticəsində Hokusayın studiyası və bir çox işi məhv olur.[5] Hokusay 10 may 1849-cu ildə ölmüşdür.[5] Qəbir daşında istifadə etdiyi son təxəllüs Qakyo Rocin Manci (azərb. Rəssamlıqdan dəli olan qoca adam‎) yazılmışdır.[6]

  1. 1 2 https://www.rijksmuseum.nl/en/rijksstudio/2084333--etamemeta/collections/colour-woodcut-xylography?ii=0&p=0.
  2. Hokusai // Lambiek Comiclopedia (ing.). Lambiek, 1999.
  3. 1 2 Hokusai // Internet Speculative Fiction Database (ing.). 1995.
  4. RKDartists (nid.).
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 "Katsushika Hokusai Kimdir? Hokusai'nin Eserleri ve Hayatı". Leblebi Tozu (türkcə). 23 iyun 2019. 2019-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2019.
  6. 1 2 "7 Things You Didn't Know about Hokusai, Creator of The Great Wave". Artsy (ingiliscə). 21 oktyabr 201. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]